Выбрать плеер:

Nə market qalıb, nə işçi, amma cərimə gəlir | “Özlərini təmizə çıxarmaq üçün...” - Baku TV

06 марта 2026 235 просмотров

2015-ci ildə fəaliyyətini dayandıran obyektə 11 ildən sonra 1000 manat cərimə tətbiq olunub.

Bu obyekt Sumqayıt şəhəri, Koroğlu prospekti, 746 ünvanında yerləşən aptekdir. Lakin 2015-ci ilə qədər burada market fəaliyyət göstərirdi. Cərimə marketin 11 il əvvəlki sahibinə işçilərə aşağı maaş verilməsi səbəbindən yazılıb. Halbuki hazırda burada nə market fəaliyyət göstərir, nə də işçilər çalışırlar.

Fevralın 12-də 2026-cı ildə tətbiq olunan 1000 manatlıq cərimə ilə bağlı şikayətçi Asif Qurbanov bildirir:

“Sumqayıt Regional Mərkəzinə müraciət etdim. Məlum oldu ki, cəriməni Baş İdarədən yazıblar. Onlar mənə bildirdilər ki, İnzibati Xətalar Məcəlləsini pozmuşam, işçilərə az maaş vermişəm. Dedim ki, siz bunu necə yazırsınız? Yoxlamadan, yerində baxış keçirmədən cərimə yazmaq qanunsuzdur. Bu insanlar qeyri-qanuni olaraq cərimə yazıblar. 11 ildir obyektimiz bağlanıb və işçilər də mənim qardaşlarım olub. Bağladıqdan sonra Vergi Xidmətinə müvafiq hesabatları vermişəm. Sadəcə olaraq, onlar 11 il əvvəl mənim işçilərimə verdiyim 250 manat maaşı nəzərə alıblar. Hazırda isə minimum əməkhaqqı 450 manatdır”.

Dövlət Əmək Müfəttişliyi Xidməti isə məsələyə belə münasibət bildirib:

“Əmək və məşğulluq” altsisteminə baxış zamanı işçilərlə aktiv əmək müqavilələrinin mövcudluğu müəyyən olundu. Eyni zamanda işçilərə minimum əməkhaqqından aşağı maaş ödənilməsi faktı aşkarlandığı üçün Asif Qurbanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun cərimə tətbiq edilib. Sahibkar bu qərara görə şikayət edib. Şikayətə İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun baxılacaq və müvafiq qərar qəbul ediləcək”.

Скопировано
Bakıda Beynəlxalq Xalça Forumu keçirildi

Bakıda Beynəlxalq Xalça Forumu keçirildi

Cəmiyyət
02 мая 2026 235 просмотров
“Zakirin essesi” sənədli filminin təqdimatı keçirildi

“Zakirin essesi” sənədli filminin təqdimatı keçirildi

Cəmiyyət
02 мая 2026 235 просмотров
Aftandil İsrafilovun 85 illik yubileyi qeyd olundu

Aftandil İsrafilovun 85 illik yubileyi qeyd olundu

Cəmiyyət
02 мая 2026 235 просмотров
"Bu, mədə xərçənginə də səbəb olur" | Qastrit və mədə xorasının səbəb və müalicəsi - BAKU MED

"Bu, mədə xərçənginə də səbəb olur" | Qastrit və mədə xorasının səbəb və müalicəsi - BAKU MED

Cəmiyyət
02 мая 2026 235 просмотров
İsmayıllıda 3 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi - Baku TV

İsmayıllıda 3 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi - Baku TV

Cəmiyyət
02 мая 2026 235 просмотров
"Şəhərin mərkəzidir, ən problemli yoldur" | Yolda dəhşətli durum: "Hər il çökə-çökə gedir" - Baku TV

"Şəhərin mərkəzidir, ən problemli yoldur" | Yolda dəhşətli durum: "Hər il çökə-çökə gedir" - Baku TV

Cəmiyyət
01 мая 2026 235 просмотров
Yüzlərlə yük avtomobili sərhəddə qaldı | “7 gündür yollardayıq, addım-addım gedirik” - Baku TV

Yüzlərlə yük avtomobili sərhəddə qaldı | “7 gündür yollardayıq, addım-addım gedirik” - Baku TV

Cəmiyyət
01 мая 2026 235 просмотров
Firudin Qurbanov “Rəqəmsal Bacarıqlar” layihəsindən söz açdı

Firudin Qurbanov “Rəqəmsal Bacarıqlar” layihəsindən söz açdı

Cəmiyyət
01 мая 2026 235 просмотров
"İctimai proseslər media müstəvisində" | MEDİA-nın təşkilatçılığı ilə III forum keçirildi - Baku TV

"İctimai proseslər media müstəvisində" | MEDİA-nın təşkilatçılığı ilə III forum keçirildi - Baku TV

Cəmiyyət
01 мая 2026 235 просмотров
“Çox təhlükəlidir, görməyən də var” | Bu yoldan keçmək cəsarət tələb edir - Baku TV

“Çox təhlükəlidir, görməyən də var” | Bu yoldan keçmək cəsarət tələb edir - Baku TV

Cəmiyyət
01 мая 2026 235 просмотров
Выбранные
icon