Выбрать плеер:

Qanla tarix yazdılar | Polad Həşimov və İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gün

14 июля 2025 484 просмотров

14 iyul Azərbaycanın Milli Qəhrəmanları ‒ general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür.

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan ordusunun bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirlərindən sonra Ermənistan ordusunun hücum cəhdinin qarşısı alınıb və geri oturdulub.

İyulun 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gərgin anlar davam edib. Artilleriya və minaatanların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilib.

İyulun 13-də günorta saatlarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən cəza tədbirləri davam edib. Nəticədə Ermənistan ordusunun atəş mövqeləri, 20 nəfərdən çox şəxsi heyət, tabor qərargahı və digər hərbi hədəflər darmadağın edilib.

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Gecə döyüşləri zamanı Ermənistan ordusuna məxsus müxtəlif təyinatlı hərbi nəqliyyat vasitəsi, döyüş vasitələri, müdafiənin dərinliyində yerləşən ehtiyatlar və canlı qüvvə məhv edilib.

General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhidlik zirvəsinə ucalıb. Şəhid olanlardan biri də polkovnik İlqar Mirzəyev olub.

Prezident İlham Əliyevin 2020-ci il 9 dekabr sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Polad Həşimova və İlqar Mirzəyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Onlar II Fəxri xiyabanda dəfn olunublar.

Скопировано
"26 mini mənə necə yazıb?" | "Azəriqaz" vətəndaşa niyə külli miqdarda cərimə yazdı? - Baku TV

"26 mini mənə necə yazıb?" | "Azəriqaz" vətəndaşa niyə külli miqdarda cərimə yazdı? - Baku TV

Cəmiyyət
12 июля 2026 484 просмотров
"Oğlanlara güvən yoxdur" | Ev sahibləri oğlan tələbələrə ev verməkdən imtina edirlər - Baku TV

"Oğlanlara güvən yoxdur" | Ev sahibləri oğlan tələbələrə ev verməkdən imtina edirlər - Baku TV

Cəmiyyət
12 июля 2026 484 просмотров
Qarabağ zəfərinə gedən yolun təməlləri | 6 il öncə başlayan döyüşlər zəfərin müjdəçisi oldu

Qarabağ zəfərinə gedən yolun təməlləri | 6 il öncə başlayan döyüşlər zəfərin müjdəçisi oldu

Cəmiyyət
12 июля 2026 484 просмотров
Tovuz döyüşlərinin altıncı ildönümü qeyd olunur - Baku TV CANLI

Tovuz döyüşlərinin altıncı ildönümü qeyd olunur - Baku TV CANLI

Cəmiyyət
12 июля 2026 484 просмотров
Ölkəyə idxal olunan heyvanlarla bağlı yeni qaydalar tətbiq ediləcək - Baku TV

Ölkəyə idxal olunan heyvanlarla bağlı yeni qaydalar tətbiq ediləcək - Baku TV

Cəmiyyət
12 июля 2026 484 просмотров
Nur uşaq sığınacağına ayrılan yardımların aqibəti | Göndərilən dəstəklər hara gedir? - Baku TV

Nur uşaq sığınacağına ayrılan yardımların aqibəti | Göndərilən dəstəklər hara gedir? - Baku TV

Cəmiyyət
12 июля 2026 484 просмотров
Nişanına günlər qalmış öldürülən Vüsalın ailəsi fəğan etdi | Xəncər boyda bıçaqla... - ARZUNUN VAXTI

Nişanına günlər qalmış öldürülən Vüsalın ailəsi fəğan etdi | Xəncər boyda bıçaqla... - ARZUNUN VAXTI

Cəmiyyət
11 июля 2026 484 просмотров
“Alovlu sevgi istəyirəm” | Dilarə Kazımova | “Özümü döyüb, divara çırpdım” - QAPQARA

“Alovlu sevgi istəyirəm” | Dilarə Kazımova | “Özümü döyüb, divara çırpdım” - QAPQARA

Cəmiyyət
11 июля 2026 484 просмотров
“Kəlləmayallaq gedəcək o yana...” | Sakinlər qorxu içində | “Altı yoxdur, uçub-gedib!” - Baku TV

“Kəlləmayallaq gedəcək o yana...” | Sakinlər qorxu içində | “Altı yoxdur, uçub-gedib!” - Baku TV

Cəmiyyət
11 июля 2026 484 просмотров
Vətəndaş bir vaxtlar icarəyə götürdüyü avtomobilə görə niyə işə düşdü? - Baku TV

Vətəndaş bir vaxtlar icarəyə götürdüyü avtomobilə görə niyə işə düşdü? - Baku TV

Cəmiyyət
11 июля 2026 484 просмотров
Выбранные
icon