Qara dənizdə yaralanan azərbaycanlının qonşusu danışdı - Baku TV
Uzun illərdir dənizçiliklə məşğul olan Rauf Əliyev 1985-ci ildə Neftçalanın Bankə qəsəbəsində anadan olub. Ailəsi onun tez-tez səfərlərə çıxdığını bilsə də, bu dəfə gələn xəbər onları sarsıdıb.
Rauf Əliyevin olduğu gəmi əvvəlcə dron hücumuna məruz qalaraq zədələnib. Gəmi Konstansa limanına doğru hərəkət etsə də, gecə saatlarında daha iki dəfə dron hücumuna məruz qalıb. Nəticədə, iki azərbaycanlı dənizçi həyatını itirib. Rauf Əliyev və İmran Novruzov isə yaralanıb.
Rauf Əliyev hazırda Ukraynanın Çornomorsk şəhərində xəstəxanada müalicə olunur.
Qeyd edək ki, Rauf Əliyev ailəlidir və iki azyaşlı övladı var.
Xatırladaq ki, sentyabrın 9-da heyətində Azərbaycan vətəndaşlarının da olduğu “TEDY” adlı xarici yük gəmisi Qara dənizdə dron hücumlarına məruz qalıb.
