Выбрать плеер:

Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

20 сентября 2026 43 просмотров

Birinci Türk Dünyası Bəstəkarları İttifaqının Qurultayı çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın aparıcı musiqi qurumlarının nümayəndələri Türk Dünyası Bəstəkarlar Birliyini təsis etdiklərini bəyan ediblər.

Bu qərar bəstəkarlar, musiqişünaslar, konservatoriyalar, musiqi akademiyaları və türk ölkələrinin yaradıcılıq birlikləri arasında daimi peşəkar əməkdaşlığın əsasını qoyan Bakı Bəyannaməsinin imzalanması ilə rəsmiləşdirilib.

Bununla da ilk dəfə olaraq türk ölkələrinin bəstəkarları arasında əməkdaşlıq vahid, institusional əsaslı və uzunmüddətli beynəlxalq platforma qazanıb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova türk xalqlarının zəngin irsinin, yeni əsərlərin, peşəkar əməkdaşlığın və beynəlxalq mədəni dialoqun mənbəyinə çevriləcəyi canlı musiqi məkanı yaratdıqlarından məmnunluğunu ifadə edib.

Həmçinin qeyd olunub ki, Türk Dünyası Bəstəkarlar Birliyi Türk dünyasının yaradıcı potensialını birləşdirmək, müasir bəstəkarlıq məktəblərini dəstəkləmək, yeni əsərlərin yaradılmasına töhfə vermək və türk xalqlarının musiqisini dünyanın ən nüfuzlu beynəlxalq səhnələrində təbliğ etmək məqsədi daşıyır.

Türk Dünyası Bəstəkarlar Birliyinin məhz dünya mədəniyyətinə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və digər dahi bəstəkarları bəxş etmiş, zəngin musiqi ənənələrinə malik Azərbaycanda yaradılması isə xüsusi rəmzi əhəmiyyət daşıyır.

Скопировано
DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
20 сентября 2026 43 просмотров
İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

Cəmiyyət
20 сентября 2026 43 просмотров
Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Cəmiyyət
20 сентября 2026 43 просмотров
İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

Cəmiyyət
20 сентября 2026 43 просмотров
Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Cəmiyyət
20 сентября 2026 43 просмотров
Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
20 сентября 2026 43 просмотров
DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

Cəmiyyət
20 сентября 2026 43 просмотров
Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Cəmiyyət
20 сентября 2026 43 просмотров
Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Cəmiyyət
19 сентября 2026 43 просмотров
"Arxamca düşüb yalvardı" | Biznesləri batdı, ciblərində 5 manat qaldı, sonra isə... - ARZUNUN VAXTI

"Arxamca düşüb yalvardı" | Biznesləri batdı, ciblərində 5 manat qaldı, sonra isə... - ARZUNUN VAXTI

Cəmiyyət
19 сентября 2026 43 просмотров
Выбранные
icon