Выбрать плеер:

İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

20 сентября 2026 32 просмотров

Baku TV-nin qaynar xəttinə müraciət edən Ağdam rayon sakini Ziyəddin İsmayılov 13 ildir aldığı əlillik pensiyasının kəsilməsindən şikayətlənib.

1980-ci il təvəllüdlü şikayətçi qan xərçəngindən əziyyət çəkdiyini və ikinci qrup əlilliyi olduğunu bildirir.

Onun sözlərinə görə, 250 manat məbləğində pensiya ailəsinin yeganə gəlir mənbəyi olub:

“Keçən aydan mənim təqaüdüm kəsilib. Dövlət Sosial Müdafiə Nazirliyinin rayon filialına getdim, pensiyamın niyə kəsildiyini soruşdum. Dedilər ki, əlillik müddətim başa çatıb”.

Ziyəddin İsmayılov müvafiq komissiyadan keçməkdə də çətinlik çəkdiyini deyir:

“Beş ildən bir ardıcıl şəkildə komissiyadan keçmişəm. İndi isə iki həftədir hər beşinci gün gedirəm, məni qəbul etmirlər. Deyirlər ki, dalağın böyük olmasa, komissiyaya gəlmə”.

Şikayətçinin sözlərinə görə, səhhəti işləməsinə imkan vermir:

“İki kilo ağırlığında nəsə götürə bilmirəm. Gün altına çıxmaq, soyuqda qalmaq olmaz. Yol gedə bilmirəm, iştahasızlıq yaranır. Dalaqda böyümə, qanla bağlı problemim var”.

Məsələ ilə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyindən bildirilib ki, Z.İsmayılovun əlillik müddəti 7 avqust 2026-cı ildə başa çatıb və onun əlilliyinin yenidən qiymətləndirilməsi ilə bağlı müraciəti olmayıb.

Qeyd olunub ki, bunun üçün vətəndaş qeydiyyatda olduğu poliklinikaya müraciət etməlidir. Tibb müəssisəsi tərəfindən “Forma 88” sənədi rəsmiləşdirilərsə, qanunvericiliyə uyğun olaraq Ziyəddin İsmayılovun əlilliyi təkrar qiymətləndirilə bilər.

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
20 сентября 2026 32 просмотров
Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Cəmiyyət
20 сентября 2026 32 просмотров
İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

Cəmiyyət
20 сентября 2026 32 просмотров
Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Cəmiyyət
20 сентября 2026 32 просмотров
Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
20 сентября 2026 32 просмотров
DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

Cəmiyyət
20 сентября 2026 32 просмотров
Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Cəmiyyət
20 сентября 2026 32 просмотров
Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Cəmiyyət
20 сентября 2026 32 просмотров
Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Cəmiyyət
19 сентября 2026 32 просмотров
"Arxamca düşüb yalvardı" | Biznesləri batdı, ciblərində 5 manat qaldı, sonra isə... - ARZUNUN VAXTI

"Arxamca düşüb yalvardı" | Biznesləri batdı, ciblərində 5 manat qaldı, sonra isə... - ARZUNUN VAXTI

Cəmiyyət
19 сентября 2026 32 просмотров
Выбранные
icon