Выбрать плеер:

Vətəndaşdan etiraz: "Ay ərzində 8 dəfə təcili yardım gəlir" - Baku TV

01 августа 2026 219 просмотров

Gəncə şəhər sakini Vüqar Məmmədov bildirir ki, 2004-cü ildə hərbi xidmətdə olarkən səhhətində ciddi problemlər yaranıb və ona II qrup əlillik dərəcəsi təyin olunub. Vətəndaş əlillik dərəcəsinin aşağı salınmasından və bununla əlaqədar pensiyasının azalmasından narazıdır.

“Hərbi hissədə həkimlər mənə iynə vurub müalicə etdilər və hospitala göndərildim. Sonra tərxis olundum. Evə qayıtdıqdan sonra hospitalın sənədləri əsasında pensiyaya çıxdım və mənə II qrup əlillik təyin olundu. Həmin dərəcə ilə əvvəlcə 2 il, sonra 5 il, daha sonra isə 3 il təqaüd aldım. Lakin sonradan dərəcəmi dəyişərək III qrupa saldılar. İndi də hamı “işlə” deyir. Mən bu səhhətimlə gedib kimin yanında işləyim?!”, – deyə Vüqar Məmmədov narazılığını ifadə edib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov bildirib ki, Gəncə şəhər sakini 1986-cı il təvəllüdlü Məmmədov Vüqar Ağalar oğlunun əlilliyi həm elektron sistem üzərindən, həm də Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin həkim-ekspertləri tərəfindən əyani baxış zamanı qiymətləndirilib və ona 1 mart 2025-ci il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar orqanizm funksiyalarının 60 % pozulmasına görə 1 il müddətinə əlillik təyinatı aparılıb:

“Vətəndaşın əlillik müddəti başa çatdıqdan sonra tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən yeni göndəriş əsasında növbəti dəfə 25 may 2026-cı il tarixində Agentlikdə əyani müayinə olunub. Vüqar Məmmədovun müayinə nəticələrinə və təqdim etdiyi tibbi sənədlərə əsasən, ona qanunvericiliyə uyğun olaraq təkrar hərbi xidmət dövrü ilə əlaqədar orqanizm funksiyalarının 60 % pozulmasına görə əlillik təyinatı aparılıb və hazırda müvafiq ödənişlərlə təmin olunur”.

Скопировано
DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
20 сентября 2026 219 просмотров
İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

Cəmiyyət
20 сентября 2026 219 просмотров
Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Cəmiyyət
20 сентября 2026 219 просмотров
İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

Cəmiyyət
20 сентября 2026 219 просмотров
Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Cəmiyyət
20 сентября 2026 219 просмотров
Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
20 сентября 2026 219 просмотров
DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

Cəmiyyət
20 сентября 2026 219 просмотров
Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Cəmiyyət
20 сентября 2026 219 просмотров
Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Cəmiyyət
20 сентября 2026 219 просмотров
Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Cəmiyyət
19 сентября 2026 219 просмотров
Выбранные
icon