Выбрать плеер:

Qohumlar arasında ev münaqişəsi böyüyərək qalmaqala çevrildi - Baku TV

06 июня 2026 58 просмотров

Baku TV-nin qaynar xəttinə müraciət edən Günel İsmayılova bildirir ki, o, 2022-ci ildə həyat yoldaşından ayrılıb. Ayrıldıqdan sonra bir müddət həmin evdə yaşamağa davam etsə də, sonradan baş verən hadisələr onun evdən çıxarılması ilə nəticələnib.

G.İsmayılovanın sözlərinə görə, yaşadığı evin heç bir rəsmi sənədi olmayıb və mülk keçmiş qayınatasının anasının adına qeydiyyatda olub.

Şikayətçi bildirir ki, onun mənzildə yaşamaq hüququnu məhdudlaşdırmaq üçün qəsdən vərəsəlik işi açılaraq ev keçmiş baldızının adına keçirilib:

"Sabunçu Rayon Məhkəməsi mənim yaşama hüququmu tanımalı idi, amma bunun əksinə qərar verildi. Bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verdim. Məhkəmə prosesi getdiyi müddətdə keçmiş həyat yoldaşım, oğlum və qayınanam məni evdən çıxarmayacaqlarına söz verdilər. Lakin bir gün işdə olarkən icra məmurlarından zəng gəldi və evdən çıxarılacağımı öyrəndim. Bakı Apellyasiya Məhkəməsi də Sabunçu Rayon Məhkəməsinin mənim evdən çıxarılmağıma dair qərarını qüvvədə saxladı".

Məsələ ilə bağlı iddialara cavab verən keçmiş baldız isə hadisələrin tam fərqli olduğunu bildirib. O, prosesin tamamilə qanun çərçivəsində həll olunduğunu vurğulayıb:

"Məhkəmə prosesi üç il davam etdi və hüquqi müstəvidə başa çatdı. Ali Məhkəmə onun yaşama hüququ tələbini rədd etdi, növbəti məhkəmə instansiyası isə mənzildən çıxarılma barədə qərar verdi".

Bəs belə hallarda vətəndaş hansı hüquqlara malikdir və problemin həlli üçün hansı addımlar atılmalıdır?

Hüquqşünas Hikmət Əliyevin sözlərinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarları məcburi xarakter daşıyır və həmin qərarla həll olunmuş məsələlər üzrə eyni tərəflər arasında eyni predmet və eyni əsaslar üzrə yenidən mübahisə qaldırıla bilməz:

"Hazırkı vəziyyətdə görünən ondan ibarətdir ki, mübahisə məhkəmə tərəfindən mahiyyəti üzrə araşdırılıb, həll edilib və müvafiq əmlakla bağlı hüquqi vəziyyət müəyyən olunub. Belə olan halda şəxsin eyni əmlaka dair analoji tələblərlə yenidən müraciət etməsi üçün hüquqi əsas mövcud deyil".

Скопировано
Vətəndaş niyə obyektini və evini təmir edə bilmir? - Baku TV

Vətəndaş niyə obyektini və evini təmir edə bilmir? - Baku TV

Cəmiyyət
07 июня 2026 58 просмотров
Proseslər artıq Azərbaycanda da başlayıb

Proseslər artıq Azərbaycanda da başlayıb

Cəmiyyət
07 июня 2026 58 просмотров
Azyaşlının əlillik müavinəti niyə kəsilib? | Çətin vəziyyətdə qalan ailənin fəryadı - Baku TV

Azyaşlının əlillik müavinəti niyə kəsilib? | Çətin vəziyyətdə qalan ailənin fəryadı - Baku TV

Cəmiyyət
07 июня 2026 58 просмотров
"Proqramı 2 həftəyə hazırladım" | 8-ci sinif şagirdi mesajlaşma platformasını yaradıb - Baku TV

"Proqramı 2 həftəyə hazırladım" | 8-ci sinif şagirdi mesajlaşma platformasını yaradıb - Baku TV

Cəmiyyət
07 июня 2026 58 просмотров
Mütəxəssislərdən istifadə qaydası barədə tövsiyələr

Mütəxəssislərdən istifadə qaydası barədə tövsiyələr

Cəmiyyət
07 июня 2026 58 просмотров
Hamburqdan mühüm xəbər | Azərbaycanlı mühəndislər Almaniyada toplandı - Baku TV

Hamburqdan mühüm xəbər | Azərbaycanlı mühəndislər Almaniyada toplandı - Baku TV

Cəmiyyət
07 июня 2026 58 просмотров
Quba rayonunun ucqar yaşayış məntəqələrinə dolu yağıb

Quba rayonunun ucqar yaşayış məntəqələrinə dolu yağıb

Cəmiyyət
07 июня 2026 58 просмотров
Tədbirdə marketinqin gələcəyində süni intellektin rolu müzakirə edilib - Baku TV

Tədbirdə marketinqin gələcəyində süni intellektin rolu müzakirə edilib - Baku TV

Cəmiyyət
07 июня 2026 58 просмотров
"Saçım əlimdə qaldı, tüklərim biz-biz oldu" | 17 yaşında xərçəng xəstəsi olan Səfərin təsirli həyatı

"Saçım əlimdə qaldı, tüklərim biz-biz oldu" | 17 yaşında xərçəng xəstəsi olan Səfərin təsirli həyatı

Cəmiyyət
06 июня 2026 58 просмотров
Bakının ən qədim kəndlərindən biri olan Kürdəxanıdan xüsusi reportaj - Baku TV

Bakının ən qədim kəndlərindən biri olan Kürdəxanıdan xüsusi reportaj - Baku TV

Cəmiyyət
06 июня 2026 58 просмотров
Выбранные
icon