Выбрать плеер:
"3000-4000 haradan verək?!" | Oduna pul tökməkdən boğaza yığılan sakinlərin qaz problemi - Baku TV
Quba rayonunun ucqar yaşayış məntəqələrindən biri olan Məckəxacə kəndinin sakinləri uzun illərdir mavi yanacaq üzünə həsrətdirlər.
Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar aidiyyəti qurumlardan kömək istəyirlər.
Mövcud vəziyyət səbəbindən oduna möhtac qalan sakinlər bildirirlər ki, bir maşın odunun qiyməti 500 manatdan başlayır, mövsüm ərzində isə ümumi xərclər 1500-1700 manata çatır.
“Bəzi ailələr ümumiyyətlə odun tapa bilmir. Aidiyyəti qurumlara dəfələrlə müraciət etmişik, amma nəticə yoxdur”, – deyə sakinlərdən biri qeyd edib.
Скопировано
