"Ayıb deyil?!" - Sakinləri boğaza yığan problem | “Suya görə 78 yaşımda küçələrdə...” - Baku TV
Sumqayıt şəhəri, Corat bağları, Vüsal Allahyarov və Məhəmməd Nadir Rzayev küçələrində yaşayan sakinlər su qıtlığından şikayət edirlər.
Sakinlərin sözlərinə görə, hər il yay mövsümü başlayandan ərazidə su problemi yaranır. Onlar bildirirlər ki, evlərini su ilə təmin etmək üçün müxtəlif qurğulardan istifadə etməyə və qonşulardan su almağa məcbur qalırlar.
“İyunun əvvəlindən bu günə kimi su üzünə həsrət qalmışıq. 78 yaşım var, küçələrdən su daşıyıram. Maşını su daşımaqdan xarab etmişəm. Qonşudan su götürürük, o da çətin vəziyyətdə qalır, çünki onun da pulu gedir”, – deyə sakinlərdən biri bildirib.
Digər sakin isə qeyd edib ki, problem uzun illərdir davam edir:
“2003-cü ildən burada yaşayıram. Demək olar ki, həmin vaxtdan su problemi var. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik. Gəlib baxıblar, suyun bərpa olunacağını deyiblər. Amma hələ də heç bir dəyişiklik yoxdur. Yay gələn kimi bu küçələrin sakinləri susuz qalır”.
Тег #Sumqayıt используется
- Sumqayıtda avtomobillərin toqquşduğu zəncirvari qəzada xəsarət alanların olduğu bildirilir - Baku TV
- Sumqayıt sakinlərinin su problemi niyə həll olunmur? - Baku TV CANLI
- Sumqayıtdakı antisanitar vəziyyət sakinləri təngə gətirdi - Baku TV CANLI
- "Ən pis yer-yurd buradır, səsimizi çatdırın!" | Əhali imdad dilədi | "Xəstəxanalıq oluruq" - Baku TV
- Sumqayıtda binada yanğın | Sakinlər təxliyə edildi - Baku TV CANLI
