Выбрать плеер:
Sumqayıtda avtomobillərin toqquşduğu zəncirvari qəzada xəsarət alanların olduğu bildirilir - Baku TV
Sumqayıtda altı avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.
Qəza zamanı iki “Hyundai”, BMW, “Opel”, “Toyota” və “Kia” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarətalanların olduğu bildirilir.
İlkin məlumata görə, qəzaya BMW markalı avtomobilin sürücüsü səbəb olub. İdarəetmədən çıxan avtomobil əvvəlcə “Opel”ə, daha sonra yol kənarında dayanan digər avtomobillərə çırpılıb.
Faktla bağlı araşdırma aparılır.
Скопировано
