"Maşın düşür, çıxa bilmir, sel də elə gəlir..." | Mərkəzi küçələr niyə keçilməz haldadır? - Baku TV
Şamaxının mərkəzi küçələrindən biri hesab olunan Səttar Bəhlulzadə küçəsinin sakinləri yol problemindən əziyyət çəkirlər. Problemlə bağlı Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər bildiriblər ki, sel suları və intensiv yağan leysan yağışları küçənin infrastrukturunu tamamilə sıradan çıxarıb.
“Burada iki dəfə yıxılmışam, ayağım və qolum sınıb. Küçə o qədər bərbaddır ki, təcili yardım avtomobilləri bura girə bilmir. Hətta evə un alanda cavanlara yalvarırıq ki, daşımağa kömək etsinlər. Çörək almağa belə gedə bilmirəm. Bu şəraitdə yaşamaq mümkün deyil”, – deyə vətəndaşlardan biri narazılığını ifadə edib.
Şəhərin Cəlil Məmmədquluzadə küçəsində də vəziyyət ürəkaçan deyil. Sözügedən küçədə asfalt örtüyünün olmaması sakinlərin hərəkətini məhdudlaşdırır və ciddi çətinliklərə yol açır.
Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəhərdaxili avtomobil yollarının asfaltlanması işləri mərhələli şəkildə həyata keçirilir: “Artıq küçələrin asfaltlanmasına başlanılıb və bu istiqamətdə işlər davam etdiriləcək”.
Тег #Şamaxı используется
- "Qazandığımızı ancaq ustalara veririk" | Mərkəzi yol niyə yararsız halda qalıb? - Baku TV
- Şamaxıya yağan güclü dolunun görüntüləri
- Şamaxıda minə yaxın sakini olan yaşayış massivinin yolları yararsız haldadır - Baku TV
- Şamaxıda heyvandarlıq kompleksi fəaliyyətə başlayıb - Baku TV
- Prezident İlham Əliyev Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksində
