Выбрать плеер:

"Məhv ediblər, yerində də bunu tikiblər" | Sakinləri aldadıb qanunsuz iş görüblər? - Baku TV

18 марта 2026 249 просмотров

Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, Buta küçəsində təxminən üç-dörd ay əvvəl tikilən obyektlə bağlı yerli sakinlər narahatlıqlarını ifadə ediblər.

Onların sözlərinə görə, obyekt qanunsuz tikilib və tikinti zamanı ərazidə xeyli sayda ağac məhv edilib.

"Yaşıllıqlar məhv edilib, yerində obyekt tikilib. Qeyri-qanunidir, mümkün deyil ki, hansısa qurum buna icazə versin. Çünki yüksək gərginlik altında belə obyektlər olmamalıdır. Təhlükə yarana bilər, fövqəladə hal baş verə bilər", – sakinlərdən biri deyib.

Məsələ ilə bağlı Badamdar qəsəbə icra nümayəndəsi Zamanov Samir açıqlama verərək qeyd edib ki, həmin torpağın mülkiyyət sənədi var və hər hansı qanunsuz tikinti olmasına dair iddialar əsassızdır.

Eyni zamanda Səbail Rayon İcra Hakimiyyətindən verilən açıqlamaya görə, torpaq sahəsi xüsusi mülkiyyətdədir və tikinti işləri müvafiq qurumlar tərəfindən təsdiq edilmiş layihə əsasında həyata keçirilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən isə bildirilib ki, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində ağacların kəsilməsi faktı aşkarlanıb. Araşdırma zamanı qeyri-yaşayış obyektinin tikintisi zamanı 15 ağac və 3 kol bitkisi kəsilib, bunun nəticəsində təbiətə 22 740 manat ziyan dəydiyi müəyyən olunub.

Faktla bağlı akt tərtib edilib və təbiətə dəyən ziyanın cinayət tərkibi yaratdığı üçün məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanan materiallar Baş Prokurorluğa göndərilmək üzrə hazırlanır.

Скопировано
AQTA yaydığı görüntülərlə restoranın yalanını üzə çıxardı - Baku TV

AQTA yaydığı görüntülərlə restoranın yalanını üzə çıxardı - Baku TV

Cəmiyyət
08 мая 2026 249 просмотров
"Pillə 4" Tələbə Tamaşaları Festivalı yekunlaşdı

"Pillə 4" Tələbə Tamaşaları Festivalı yekunlaşdı

Cəmiyyət
08 мая 2026 249 просмотров
Ürəyindən əməliyyat olunan Akif İslamzadə ilə bağlı son dəqiqə məlumatı - Baku TV

Ürəyindən əməliyyat olunan Akif İslamzadə ilə bağlı son dəqiqə məlumatı - Baku TV

Cəmiyyət
08 мая 2026 249 просмотров
“Naxçıvan-Memar Əcəmi irsi” gümüş sikkəsi təqdim olunub

“Naxçıvan-Memar Əcəmi irsi” gümüş sikkəsi təqdim olunub

Cəmiyyət
08 мая 2026 249 просмотров
"Zəbt edib, bu adamı yerimdən çıxara bilmirəm!" - Göygöldə qalmaqallı torpaq davası - Baku TV

"Zəbt edib, bu adamı yerimdən çıxara bilmirəm!" - Göygöldə qalmaqallı torpaq davası - Baku TV

Cəmiyyət
08 мая 2026 249 просмотров
"Özümüzü o dövrdə hiss edirik" | Şuşada mədəni irsin təbliği üçün hansı addımlar atılır? - Baku TV

"Özümüzü o dövrdə hiss edirik" | Şuşada mədəni irsin təbliği üçün hansı addımlar atılır? - Baku TV

Cəmiyyət
08 мая 2026 249 просмотров
“Söyüş kimi cavab verdilər ki, gəl...” | 2 sahibi çıxan torpaq sahəsi ilə bağlı qalmaqal - Baku TV

“Söyüş kimi cavab verdilər ki, gəl...” | 2 sahibi çıxan torpaq sahəsi ilə bağlı qalmaqal - Baku TV

Cəmiyyət
08 мая 2026 249 просмотров
Blok imtahanlarına hazırlıqla bağlı sual-cavab - HANSI İXTİSAS?

Blok imtahanlarına hazırlıqla bağlı sual-cavab - HANSI İXTİSAS?

Cəmiyyət
08 мая 2026 249 просмотров
Qarabağın nadir incilərindən olan “İsa bulağı”ndan görüntülər - Baku TV

Qarabağın nadir incilərindən olan “İsa bulağı”ndan görüntülər - Baku TV

Cəmiyyət
08 мая 2026 249 просмотров
"Binalarımız bu tarixdə təhvil veriləcək" - Abadlaşan Şuşadan görüntülər - Baku TV

"Binalarımız bu tarixdə təhvil veriləcək" - Abadlaşan Şuşadan görüntülər - Baku TV

Cəmiyyət
08 мая 2026 249 просмотров
Выбранные
icon