Выбрать плеер:

"Qurum haraya baxır?!" | Sakinlər özündən çıxdı: "Oturublar sərin yerdə, xəbərləri yoxdur" - Baku TV

08 июля 2026 64 просмотров

Abşeron rayonunun Masazır qəsəbəsinin Akim Abbasov küçəsində yaşayan sakinlər ərazidə məişət tullantıları üçün konteynerlərin olmamasından və zibillərin vaxtında daşınmamasından şikayətlənirlər.

Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, vaxtında daşınmayan zibillərin yandırılması nəticəsində yaranan tüstü evlərə dolur və nəfəs almağı çətinləşdirir.

“2017-ci ildən burada yaşayıram, o vaxtdan vəziyyət dəyişməyib. Zibilləri yandırırlar, tüstü camaatın evinə dolur, nəfəs almaq mümkün deyil”, – deyə sakinlərdən biri bildirib.

Sakinləri narahat edən digər problem isə küçənin gecə saatlarında işıqlandırılmamasıdır. Onların sözlərinə görə, küçədə işıq dirəkləri quraşdırılsa da, işıqlar yanmır.

Hər iki problemlə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, gecə işıqlandırılması sistemi ilə əlaqədar işlər görülür. Qeyd edilib ki, bu istiqamətdə cari təmir işləri aparılır. Yaranmış fasilə ilə bağlı meydana çıxan texniki məsələlər aradan qaldırılır və küçələrin gecə işıqlandırılması mərhələli şəkildə təmin edilir. Kəndin sözügedən küçəsində də gecə işıqlandırılması yaxın günlərdə təmin ediləcək.

Məişət tullantılarına gəlincə, qurumdan bildirilib ki, konteynerlərin alınması istiqamətində müvafiq işlər aparılıb və bu proses mərhələli şəkildə həyata keçirilir. İstismar müddətini başa vurmuş konteynerlər dəyişdirilir. Bu ayın sonuna qədər sözügedən ərazidə də konteynerlərin dəyişdirilməsi nəzərdə tutulub.

Скопировано
Kirayə ev tutmaq istəyən tələbə qızların başına nə gəldi? - Çəkilişdən sonra isə... - Baku TV

Kirayə ev tutmaq istəyən tələbə qızların başına nə gəldi? - Çəkilişdən sonra isə... - Baku TV

Cəmiyyət
09 июля 2026 64 просмотров
Bu kənddə problemdən bol heç nə yoxdur | "Hamısı onların başına dəyir..." - Baku TV

Bu kənddə problemdən bol heç nə yoxdur | "Hamısı onların başına dəyir..." - Baku TV

Cəmiyyət
09 июля 2026 64 просмотров
Kondisionerlərlə bağlı xəbərsiz olduğunuz təhlükə | “Məndə elə hal olub ki...” - Baku TV

Kondisionerlərlə bağlı xəbərsiz olduğunuz təhlükə | “Məndə elə hal olub ki...” - Baku TV

Cəmiyyət
09 июля 2026 64 просмотров
"26 min cərimələdilər, inana bilmədim" | Sakin "Azəriqaz"la məhkəməlik oldu, amma... - Baku TV

"26 min cərimələdilər, inana bilmədim" | Sakin "Azəriqaz"la məhkəməlik oldu, amma... - Baku TV

Cəmiyyət
09 июля 2026 64 просмотров
"Kimsə görməyəndə gətirib atırlar" | Dəhşətə gətirən hadisə | "Yandırırlar, baxan yoxdur" - Baku TV

"Kimsə görməyəndə gətirib atırlar" | Dəhşətə gətirən hadisə | "Yandırırlar, baxan yoxdur" - Baku TV

Cəmiyyət
09 июля 2026 64 просмотров
"Xəstə olanda gözləyirik ki, ölsün, basdıraq" | Əhalinin başına oyun açan yol problemi - Baku TV

"Xəstə olanda gözləyirik ki, ölsün, basdıraq" | Əhalinin başına oyun açan yol problemi - Baku TV

Cəmiyyət
09 июля 2026 64 просмотров
Məşhur yay ləzzəti ilə bağlı həkimdən xəbərdarlıq

Məşhur yay ləzzəti ilə bağlı həkimdən xəbərdarlıq

Cəmiyyət
09 июля 2026 64 просмотров
Psixoloji durumu yerində olmayan şəxs müəllim işləyir? - Baku TV

Psixoloji durumu yerində olmayan şəxs müəllim işləyir? - Baku TV

Cəmiyyət
09 июля 2026 64 просмотров
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək - Baku TV

Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək - Baku TV

Cəmiyyət
08 июля 2026 64 просмотров
Dövlət qurmaq üçün niyə din lazım idi? | Sovet dövrü bizi kimliyimizdən necə uzaqlaşdırırdı? - AMİN

Dövlət qurmaq üçün niyə din lazım idi? | Sovet dövrü bizi kimliyimizdən necə uzaqlaşdırırdı? - AMİN

Cəmiyyət
08 июля 2026 64 просмотров
Выбранные
icon