Выбрать плеер:

"Üstümə neft tökəcəyəm!" | Ailə fəryad edir: "Dedi, get, asfaltda çadır qur, yat" - Baku TV

08 июня 2026 104 просмотров

Gəncədə uzun müddətdir qəzalı vəziyyətdə olan yataqxanalarda yaşayan sakinlərin yeni tikilmiş binalara köçürülməsinə başlanılıb. Lakin bəzi sakinlər köçürülmə prosesinin təşkili ilə bağlı narazılıqlarını bildirirlər.

Bakı TV-nin qaynar xəttinə müraciət edən Aygün Yusifovanın sözlərinə görə, yataqxanada istifadə etdiyi iki otağın əvəzinə ona yeni binada birotaqlı mənzil verilib. Amma ayrılan mənzil ailəsinin yaşayış tələbatını qarşılamır:

“Altı nəfər bir otaqda necə yaşayaq? İyunun 15-nə kimi yataqxananı tərk etməliyik. Gedəcək yerim yoxdur. Müraciət etmişəm, deyirlər, get nə edirsən et, asfaltda çadır qur, orada yat”.

Vətəndaşın şikayəti ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhərin Üzeyir Hacıbəyli küçəsi, döngə 4, ev 1 ünvanında yerləşən və qəzalı vəziyyətdə olan yataqxana binasında yalnız qanuni istifadə hüququna malik sakinlər Kimyaçılar küçəsi ilə Nizami Gəncəvi prospektinin kəsişməsində inşa edilən yeni çoxmərtəbəli yaşayış binasında sosial kirayə müqaviləsi əsasında müvəqqəti yaşayış sahəsi ilə təmin olunurlar.

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin təqdim etdiyi məlumata əsasən, vətəndaş Aygün Yusifovanın qəzalı vəziyyətdə olan yataqxana binasında yaşayış hüququ mövcud olmadığından o, yeni yaşayış binasında mənzillə təmin edilməyib.

Скопировано
Məmmədlidə sakinlər kömək gözləyir | Ərazidə zəhərli heyvanların peyda olduğu iddia edilir - Baku TV

Məmmədlidə sakinlər kömək gözləyir | Ərazidə zəhərli heyvanların peyda olduğu iddia edilir - Baku TV

Cəmiyyət
12 июня 2026 104 просмотров
Azərbaycan filmlərinin gizli arxivi ilk dəfə açıldı - REPORTAJ

Azərbaycan filmlərinin gizli arxivi ilk dəfə açıldı - REPORTAJ

Cəmiyyət
12 июня 2026 104 просмотров
IV qrup ixtisaslarının ballarının artacağı, yoxsa azalacağı gözlənilir? - HANSI İXTİSAS?

IV qrup ixtisaslarının ballarının artacağı, yoxsa azalacağı gözlənilir? - HANSI İXTİSAS?

Cəmiyyət
12 июня 2026 104 просмотров
Bu yoldan keçən bir də gəlmək istəmir | "Lap betər gündədir, gündə 5-10 dəfə..." - Baku TV

Bu yoldan keçən bir də gəlmək istəmir | "Lap betər gündədir, gündə 5-10 dəfə..." - Baku TV

Cəmiyyət
12 июня 2026 104 просмотров
"Son zəng"lə bağlı məzun və valideynlərə dövlət orqanlarından çağırış - Baku TV CANLI

"Son zəng"lə bağlı məzun və valideynlərə dövlət orqanlarından çağırış - Baku TV CANLI

Cəmiyyət
12 июня 2026 104 просмотров
"İndiki uşaqların vəziyyəti çox pisdir" | Sosial şəbəkələrə hansı qadağa gəlib? - Baku TV

"İndiki uşaqların vəziyyəti çox pisdir" | Sosial şəbəkələrə hansı qadağa gəlib? - Baku TV

Cəmiyyət
12 июня 2026 104 просмотров
Torpaq sahəsi aldı, həyatının şokunu yaşadı | "Evi tikdim, gəlib dedi ki, bura mənimdir" - Baku TV

Torpaq sahəsi aldı, həyatının şokunu yaşadı | "Evi tikdim, gəlib dedi ki, bura mənimdir" - Baku TV

Cəmiyyət
12 июня 2026 104 просмотров
Gələcəyin milyonçuları universitetdən yox, peşə məktəblərindən çıxacaq? - AKTUAL GÜNDƏM

Gələcəyin milyonçuları universitetdən yox, peşə məktəblərindən çıxacaq? - AKTUAL GÜNDƏM

Cəmiyyət
12 июня 2026 104 просмотров
Xocalı – faciədən dirçəlişə uzanan yolun hekayəsi: nələr yaşandı? - GÖR NƏLƏRİ QAYTARMIŞIQ!

Xocalı – faciədən dirçəlişə uzanan yolun hekayəsi: nələr yaşandı? - GÖR NƏLƏRİ QAYTARMIŞIQ!

Cəmiyyət
12 июня 2026 104 просмотров
"Gediş-gəliş tamamilə dayanıb" | Daşkəsəndə təbii fəlakət ciddi fəsadlar törətdi - Baku TV

"Gediş-gəliş tamamilə dayanıb" | Daşkəsəndə təbii fəlakət ciddi fəsadlar törətdi - Baku TV

Cəmiyyət
11 июня 2026 104 просмотров
Выбранные
icon