Выбрать плеер:

"Xaricdə təhsil şirkətlərinin yarıdan çoxu dələduzluqla məşğuldur" - Baku TV

10 января 2026 45 просмотров

Xaricdə təhsil arzusu ilə vasitəçi şirkətlərə üz tutan vətəndaşların sayı az deyil. Lakin bu yol hər zaman gözlənilən nəticəni vermir.

Baku TV-yə müraciət edən şikayətçi Aysu Tumay Koyunun sözlərinə görə, ona Bakı şəhərində fəaliyyət göstərən “Max Group” MMC ilə bağladığı müqavilə əsasında Türkiyənin İzmir Demokratiya Universitetinə qəbulun təmin ediləcəyi vəd edilib, lakin sonradan aldadıldığı məlum olub.

“Bakıda yerləşən “Max Group” MMC adlı şirkətlə 15 fevral 2025-ci il tarixində əlaqə saxladım. Tələb olunan sənədləri və 4000 dollar məbləğində ödənişi göndərdim. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq, mənə hər hansı qəbul məktubu təqdim edilməyib. Bu səbəbdən pulun geri qaytarılmasını tələb etdim. Həsən Cəfərli tərəfindən hesabıma 21 170 TL köçürüldü. Həmin məbləğ ovaxtkı məzənnə ilə 480 dollara bərabər idi. Hazırda isə şirkətin mənə 3520 dollar məbləğində borcu qalır və bu pul indiyədək ödənilməyib”, – deyə o əlavə edib.

Təhsil üzrə ekspert Ramin Nurəliyev bildirib ki, xaricdə təhsil sahəsində fəaliyyət göstərən şirkətlərin yarıdan çoxu dələduzluq və fırıldaqçılıqla məşğuldur:

“Xüsusilə Türkiyədə universitetlərdə çalışan bəzi şəxslər vətəndaşlarla əlaqə saxlayır, müəyyən məbləğ qarşılığında ixtisasları satın alır və onları Azərbaycanda valideynlərə təqdim edərək satmağa çalışırlar”.

Məsələ ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib ki, qurum xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır.

Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi saytında tanınmayan universitetlərin siyahısı yerləşdirilib. Valideynlər və abituriyentlər xaricdə təhsil şirkətlərinə müraciət etdikdən sonra seçilən universitetin bu siyahıda olub-olmadığını mütləq yoxlamalı və tanınmayan ali təhsil müəssisələrinə qəbuldan imtina etməlidirlər.

Скопировано
Gömrük rüsumunun 3 dəfə artırılması qiymətləri dəyişdi - Baku TV

Gömrük rüsumunun 3 dəfə artırılması qiymətləri dəyişdi - Baku TV

Cəmiyyət
10 января 2026 45 просмотров
Meyvə şirəsinin içindən çıxan naməlum maddə nədir? - Baku TV

Meyvə şirəsinin içindən çıxan naməlum maddə nədir? - Baku TV

Cəmiyyət
10 января 2026 45 просмотров
FHN güclü küləklə bağlı xəbərdarlıq etdi - Baku TV

FHN güclü küləklə bağlı xəbərdarlıq etdi - Baku TV

Cəmiyyət
10 января 2026 45 просмотров
“Bəzən adlarını unuduruq” | 8 nəvəsi olan nənə-babanın yeni övlad sevinci - Baku TV

“Bəzən adlarını unuduruq” | 8 nəvəsi olan nənə-babanın yeni övlad sevinci - Baku TV

Cəmiyyət
10 января 2026 45 просмотров
Öskürək bu qədər davam edirsə... | Tənəffüs yollarında səssiz inkişaf edən xəstəliklər - BAKU MED

Öskürək bu qədər davam edirsə... | Tənəffüs yollarında səssiz inkişaf edən xəstəliklər - BAKU MED

Cəmiyyət
10 января 2026 45 просмотров
23 yaşlı oğlan öldü, 2 bacı isə... | Evlərimizdəki səssiz təhlükə: Buna diqqət edin! - Baku TV

23 yaşlı oğlan öldü, 2 bacı isə... | Evlərimizdəki səssiz təhlükə: Buna diqqət edin! - Baku TV

Cəmiyyət
09 января 2026 45 просмотров
"Yayda toy olmazdı, çünki..." | Gəlini necə seçirdilər? | Biləsuvarın qədim qaydaları - O VAXTLAR

"Yayda toy olmazdı, çünki..." | Gəlini necə seçirdilər? | Biləsuvarın qədim qaydaları - O VAXTLAR

Cəmiyyət
09 января 2026 45 просмотров
Kredit faizləri artır, depozit faizləri isə... | Bu fərq niyə yaranır? - Baku TV

Kredit faizləri artır, depozit faizləri isə... | Bu fərq niyə yaranır? - Baku TV

Cəmiyyət
09 января 2026 45 просмотров
İstirahət parkı baxımsız vəziyyətdə qalıb | Qurumdan vəziyyətlə bağlı açıqlama - Baku TV

İstirahət parkı baxımsız vəziyyətdə qalıb | Qurumdan vəziyyətlə bağlı açıqlama - Baku TV

Cəmiyyət
09 января 2026 45 просмотров
Yumurtanı bu şəkildə yeməyin | Sevilən səhər yeməyi təhlükəli imiş

Yumurtanı bu şəkildə yeməyin | Sevilən səhər yeməyi təhlükəli imiş

Cəmiyyət
09 января 2026 45 просмотров
Выбранные
icon