Выбрать плеер:
"YAŞAT" şəhid övladları üçün əyləncəli və faydalı düşərgə təşkil etdi - Baku TV
İyunun 15-də "YAŞAT" Fondunun və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə növbəti "YAŞAT" düşərgəsinin açılış mərasimi keçirilib.
Düşərgədə ümumilikdə 400-ə yaxın şəhid övladının iştirakı nəzərdə tutulur.
7 həftə davam edəcək düşərgə proqramı ərzində uşaqlar üçün əyləncəli və maarifləndirici fəaliyyətlər, təlimlər, teatr tamaşaları, ekskursiyalar, tanınmış şəxslər və qurum rəhbərləri ilə görüşlər təşkil olunacaq. Eyni zamanda psixoloqların iştirakı ilə fərdi və qrup terapiyaları, konsultasiyalar, konsert proqramları keçiriləcək.
Hər bir düşərgə 5 gecə, 6 günü əhatə edir. Düşərgələrdə şəhidlərimizin 10, 11, 12 və 13 yaş kateqoriyasında olan övladlarının iştirakı nəzərdə tutulur.
Скопировано
