"Sərhəddə saxladılar ki..." | Gözdən əlil şəxs 10 il sonra niyə hərbi xidmətə çağırılıb? - Baku TV
Baku TV-nin qaynar xəttinə müraciət edən Əli Atakişiyev bildirir ki, 2016-cı ildə hərbi xidmətə çağırılıb. Onun sözlərinə görə, tibbi komissiyadan keçdikdən sonra hərbi xidmətə yararsız hesab edilib və bundan sonra təxminən 10 il ərzində hərbi xidmətə çağırılmayıb.
Əli Atakişiyev yaxın günlərdə xaricə getmək istəyərkən ölkədən çıxışına məhdudiyyət qoyulduğunu deyir. Ona hərbi xidmətlə bağlı öhdəliyinin olduğu və xidmətə getməli olduğu bildirilib.
“Gözlərim zəif görür, ağzımda diş yoxdur, böyrəyimdə isə daş var. Bu səbəbdən mənə hərbi xidmətə yararsız olduğumu bildirdilər. Xaricə getmək istəyəndə isə sərhəddə saxladılar və ölkədən çıxışıma məhdudiyyət qoyulduğunu dedilər”, – deyə o qeyd edib.
Bəs 2016-cı ildə hərbi xidmətə yararsız hesab edilən vətəndaşın 10 il sonra yenidən hərbi xidmətə cəlb olunması hansı hallarda mümkündür? Vətəndaşın sağlamlıq vəziyyəti və əvvəlki tibbi müayinəsinin nəticələri bu prosesdə necə nəzərə alınır?
Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilir ki, sərhədkeçməyə məhdudiyyət bir neçə səbəbdən tətbiq oluna bilər. Məsələ fərdi xarakter daşıdığı üçün konkret hal araşdırılmalıdır.
Həmçinin qeyd olunur ki, məsələnin araşdırılması üçün vətəndaş özü rəsmi qaydada quruma müraciət etməlidir.
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyindən isə bildirilir ki, Ağdam rayon sakini, 1999-cu il təvəllüdlü Atakişiyev Əli Elşən oğlunun Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yekun tibbi müayinəsi aparılıb. Vətəndaşın müayinə nəticələrinə əsasən, hazırkı sağlamlıq vəziyyətində müəyyən edilən diaqnozlar müvafiq qanunvericiliyə uyğun olaraq ona hərbi xidmətə çağırışdan möhlət verilməsi və ya hərbi xidmətə yararsız hesab olunması üçün əsas yaratmır. Bu səbəbdən Əli Atakişiyevin hərbi xidmətə yararlı olması barədə qərar qəbul edilib.
Тег #Hərbi xidmət используется
- “13 ildən sonra əsgərliyə yaradı?!” - Ürəyində problem olan şəxs hərbi xidmətə çağırılıb? - Baku TV
- Almaniya Ordusunda şəxsi heyətin sayınının artırılması planlaşdırılır
- Bu yaşdan yuxarı olanlar da savaş bölgəsinə göndərilir | Zelenskidən qəti addım - Baku TV CANLI
- Hərbi xidmətə çağırışla bağlı vacib dəyişiklik | Zelenskinin fərmanından sonra... - Baku TV
- Əsgərlik dövründə əməkhaqqının ödənilməsi qaydası | Ekspertdən açıqlama - Baku TV
