Выбрать плеер:

SOCAR Dübəndidə neft çirklənməsinin səbəbini açıqladı - Baku TV

21 июня 2026 36 просмотров

Xəzər rayonu, Zirə qəsəbəsinin Dübəndi yaşayış sahəsi yaxınlığında Xəzər dənizinin sahilində neft qalıqlarının müşahidə olunması ilə bağlı yayılan görüntülərdən sonra əraziyə operativ şəkildə müdaxilə edilib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının və Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin şəxsi heyəti, həmçinin xüsusi texnikalar cəlb olunub.

Hazırda sahildə təmizləmə işləri davam etdirilir.

Məsələ ilə bağlı SOCAR məlumat yayıb. Bildirilib ki, iyunun 19-da “Azneft” İstehsalat Birliyinin mərkəzi aparatının aidiyyəti xidmətlərinə Dübəndi çimərlik ərazisində neftlə çirklənmə izlərinin müşahidə olunması barədə məlumat daxil olub.

Qeyd olunub ki, Pirallahı adası ilə Dübəndi arasındakı akvatoriyada gəmilər və helikopter vasitəsilə aparılan ilkin baxış zamanı neft ləkəsi aşkar edilib. Hadisənin ilkin mərhələsində neftin aktiv çıxış nöqtəsi vizual olaraq müşahidə edilmədiyindən mümkün çirklənmə mənbələrinin bir neçə variantı nəzərdən keçirilib.

“Aparılan nəzarətli diaqnostik yoxlama nəticəsində çirklənmə mənbəyinin “Azneft” İstehsalat Birliyinə məxsus sualtı neft kəmərlərindən biri olduğu müəyyən edilib. Sızma mənbəyi müəyyənləşdirildikdən dərhal sonra həmin sualtı kəmər üzrə neftin nəqli dayandırılıb”, – məlumatda qeyd olunub.

SOCAR-ın açıqlamasına görə, insidentin idarə olunması məqsədilə “Azneft” İstehsalat Birliyi tərəfindən operativ qərargah yaradılıb və vəziyyət tam nəzarətə götürülüb.

Həmçinin bildirilib ki, dalğıc xidməti tərəfindən aparılan diaqnostik tədbirlər nəticəsində sualtı neft kəmərində mexaniki xarakterli zədələnmələr aşkarlanıb.

“İlkin qiymətləndirməyə əsasən, bu zədələnmələrin xarici predmetlə, ehtimal ki, lövbərlə təmas nəticəsində yarandığı müəyyən edilib. Zədələnmə aşkar edildikdən dərhal sonra təmir-bərpa işlərinə başlanılıb. Bu işlər başa çatana qədər zədələnmiş kəmər istismardan kənar saxlanılır ki, bu da dənizə neft sızmasının davam etməsinin qarşısını alır”, – açıqlamada vurğulanıb.

Məlumatda qeyd edilir ki, insidentin nəticələrinin aradan qaldırılması, o cümlədən dənizin və sahilyanı ərazilərin təmizlənməsi işləri Fövqəladə Hallar Nazirliyi və “Azneft” İstehsalat Birliyi tərəfindən sıx koordinasiya şəraitində həyata keçirilir.

Скопировано
"Bütün sakinlər bezib, elə bil evin içindədir!" | Yeni Günəşlidəki parkda nə baş verir? - Baku TV

"Bütün sakinlər bezib, elə bil evin içindədir!" | Yeni Günəşlidəki parkda nə baş verir? - Baku TV

Cəmiyyət
23 июня 2026 36 просмотров
DİM sədri Məleykə Abbaszadənin Baku TV və Trend İA-ya müsahibəsi

DİM sədri Məleykə Abbaszadənin Baku TV və Trend İA-ya müsahibəsi

Cəmiyyət
23 июня 2026 36 просмотров
"Melody School" İncəsənət və Elm Mərkəzinin Uşaqlar Gününə həsr olunmuş hesabat konserti - Baku TV

"Melody School" İncəsənət və Elm Mərkəzinin Uşaqlar Gününə həsr olunmuş hesabat konserti - Baku TV

Cəmiyyət
23 июня 2026 36 просмотров
“33 ildir gəlmirdim, bura əladır” | Şükürbəyli kəndində yeni həyat - Baku TV

“33 ildir gəlmirdim, bura əladır” | Şükürbəyli kəndində yeni həyat - Baku TV

Cəmiyyət
22 июня 2026 36 просмотров
AZAL-ın donanmasına əlavə olunan yeni "Airbus A320neo" təyyarəsinin hansı özəllikləri var? - Baku TV

AZAL-ın donanmasına əlavə olunan yeni "Airbus A320neo" təyyarəsinin hansı özəllikləri var? - Baku TV

Cəmiyyət
22 июня 2026 36 просмотров
Bir sıra çimərliklərdən istifadəyə məhdudiyyət qoyuldu - ANA XƏBƏR

Bir sıra çimərliklərdən istifadəyə məhdudiyyət qoyuldu - ANA XƏBƏR

Cəmiyyət
22 июня 2026 36 просмотров
“Kefsiz olanda bahalı maşınlarıma baxıram” | Şükran Soltanov hansı məşhur ifaçının mühafizəçisi idi?

“Kefsiz olanda bahalı maşınlarıma baxıram” | Şükran Soltanov hansı məşhur ifaçının mühafizəçisi idi?

Cəmiyyət
22 июня 2026 36 просмотров
Azərbaycan İlahiyyat İnstitutunda “Məzun günü” keçirilib - Baku TV

Azərbaycan İlahiyyat İnstitutunda “Məzun günü” keçirilib - Baku TV

Cəmiyyət
22 июня 2026 36 просмотров
“13 ildən sonra əsgərliyə yaradı?!” - Ürəyində problem olan şəxs hərbi xidmətə çağırılıb? - Baku TV

“13 ildən sonra əsgərliyə yaradı?!” - Ürəyində problem olan şəxs hərbi xidmətə çağırılıb? - Baku TV

Cəmiyyət
22 июня 2026 36 просмотров
Çimərliklərə getmək istəyənlərə Səhiyyə Nazirliyindən xəbərdarlıq - Baku TV

Çimərliklərə getmək istəyənlərə Səhiyyə Nazirliyindən xəbərdarlıq - Baku TV

Cəmiyyət
22 июня 2026 36 просмотров
Выбранные
icon