Stres bu orqanın sağlamlığını məhv edir | Həkimdən faydalı məsləhət
Son illərdə aparılan elmi araşdırmalar nəticəsində məlum olub ki, həddindən artıq stres bağırsaq funksiyalarını pozur və qıcıqlanmış bağırsaq sindromu kimi problemlərin yaranmasına səbəb olur.
Türkiyəli professor dr. Ayhan Hilmi Çekin bağırsaqlardakı faydalı bakteriyaların immunitetin gücləndirilməsində və bir çox xəstəliklərə qarşı qorunmada əhəmiyyətli rol oynadığını bildirir.
Bağırsaq hərəkətlərindəki həssaslıq stresin təsiri ilə sürətlənə və ya ləngiyə bilər. Bunun nəticəsində ishal, qəbizlik və şişkinlik kimi narahatlıqlar yaranır. Yoqa, meditasiya və nəfəs məşqləri ilə məşğul olmaq stresi azaldaraq onun simptomlarını yüngülləşdirə bilər.
Daimi fiziki fəaliyyət də bağırsaq hərəkətlərinin tənzimlənməsində mühüm rol oynayır. Gəzinti, üzgüçülük və yüngül fiziki məşqlərin müsbət təsirləri olsa da, həddindən artıq fiziki yüklənmə bəzi xəstələrdə simptomları artıra bilər. Bu səbəbdən balanslı məşq planına riayət etmək, mütəxəssis nəzarəti ilə həyat tərzi və pəhriz dəyişiklikləri, həmçinin probiotiklərdən istifadə tövsiyə olunur.