Выбрать плеер:
Şuşa rayonu 7 saylı məktəbə istilik niyə verilməyib? - Baku TV
Kürdəxanı qəsəbəsində yerləşən Şuşa rayon 7 nömrəli tam orta məktəbdə bir müddətdir istiliyin olmaması valideyn və şagirdlərin narazılığına səbəb olub.
Onların sözlərinə görə, otaqların soyuq olması şagirdlərin sinifdə oturmasını çətinləşdirir. Nəticədə davamiyyətdə problem yaranır.
“Nə qədər geyinirəm, yenə də soyuqdur. Sinifdə gödəkcə ilə otururuq”, – məktəbli söyləyib.
Məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbin qazanxanasına aid sayğacın müvafiq dövlət qurumu ilə təhvil-təslim prosesi hələ tamamlanmadığı üçün istiliklə təminatda müvəqqəti fasilə yaranıb. Bildirilib ki, sənədləşmə işləri yekunlaşmaq üzrədir və görülmüş zəruri tədbirlər nəticəsində fasilə artıq aradan qaldırılıb.
Скопировано
