Выбрать плеер:
Tədbir iştirakçıları vəhdət namazı qıldılar
Dekabrın 25-də Bakıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Din Xadimlərinin II Forumu keçiriləcək.
Forum iştirakçıları dekabrın 23-də Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.
Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış Zəfər abidəsi ziyarət edilib.
Din Xadimlərinin II Forumunun iştirakçıları Heydər Məscidində vəhdət namazı qılıblar.
Onlar həmçinin İlahiyyat İnstitutunu, Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralını, Dağ Yəhudilərinin sinaqoqunu ziyarət ediblər.
Скопировано
