Tədbir məkanında xüsusi marşrutlar üzrə avtobuslar fəaliyyət göstərir | Detallar açıqlandı
COP29-un ilk günlərində konfrans nəqliyyatından istifadə edən sərnişinlərin sayı açıqlanıb.
Belə ki, noyabrın 11-dən etibarən Bakıda COP29 iqlim konfransında iştirak etmək məqsədilə paytaxta səfər edən çoxsaylı qonaqların təhlükəsiz və rahat daşınmasının təmin edilməsi üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Baş Dövlət Yol Polisi İdarəsi koordinasiyalı hazırlıq işləri çərçivəsində tədbir məkanı, hava limanı və şəhərin müxtəlif strateji ərazilərində yerləşən nəqliyyat qovşaqları arasında müvafiq nəqliyyat sxemi tətbiq edib.
Bununla da noyabrın 5-dən 11-dək tədbir məkanı və müxtəlif nəqliyyat qovşaqları arasında xüsusi marşrutlar üzrə fəaliyyət göstərən avtobuslar vasitəsilə 58 000-dən çox iştirakçının hərəkəti təmin edilib.