Выбрать плеер:

“Üzümə necə at kimi dirənmisən?!” | Sakinlər ayağa qalxdı: “Bu qədər adamı təhqir edirsən” - Baku TV

16 июля 2026 175 просмотров

“Olympus Botanic Garden” şirkəti 2021-ci ildə paytaxtın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 172 ünvanında iki çoxmərtəbəli binanın tikintisinə başlayıb. Sakinlərə binanın 2023-cü ildə təhvil veriləcəyi vəd olunsa da, artıq 2026-cı ildir və tikinti işləri hələ də tam yekunlaşmayıb. Buna baxmayaraq, bəzi vətəndaşlar mənzillərə köçərək yarımçıq binada yaşamağa məcbur qalıblar.

Sakinlərin sözlərinə görə, binalarda yaşayış üçün normal şərait yaradılmayıb və çoxsaylı problemlər mövcuddur.

“Biz bu binaya yanvar ayında köçmüşük, amma tikinti tam başa çatmayıb. İkinci binada, ümumiyyətlə, elektrik xətləri çəkilməyib. Buna görə də “Azərişıq” ASC sayğac quraşdıra bilmir. Bu isə bizi böyük borc yükü altında qoyur. Yaşayış üçün normal şərait yoxdur. Hətta aşağı mərtəbələrin pəncərələri belə quraşdırılmayıb. Kanalizasiya sistemi normal çəkilməyib, qrunt sularının axıdılması üçün nəzərdə tutulan kanallar isə yararsız vəziyyətdədir”, – sakinlərdən biri bildirib.

Digər sakin isə binada uşaqların təhlükəsizliyi üçün heç bir şəraitin olmadığını deyib:

“Vəziyyət acınacaqlıdır. Uşaqlar evdə sanki həbs həyatı yaşayırlar. Təhlükəsizlik təmin edilməyib, şaxta qapıları belə yoxdur. Uşaq oraya düşüb xəsarət alsa və ya həyatını itirsə, bunun məsuliyyətini kimin daşıyacağını bilmirik. Şirkətdə əlaqə saxlaya biləcəyimiz məsul şəxs yoxdur. Dəfələrlə müraciət etmişik, amma heç kim bizimlə görüşmür”.

Mənzil-Tikinti Kooperativinin nümayəndəsi Azər Çələbiyev isə binada ciddi problemin qalmadığını bildirib:

“Orada böyük problem qalmayıb. Sadəcə, həyətin abadlaşdırılması başa çatmayıb. Həyət düzəldiləcək, vəssalam. Başqa problem yoxdur”.

Qurumların elektron yazışmalarını ələ keçirmək istədilər - Baku TV CANLI

Qurumların elektron yazışmalarını ələ keçirmək istədilər - Baku TV CANLI

Cəmiyyət
18 августа 2026 175 просмотров
Pakistanlı bəy 19 yaşlı azərbaycanlı qızın ürəyini necə fəth etdi? - ARZUNUN VAXTI

Pakistanlı bəy 19 yaşlı azərbaycanlı qızın ürəyini necə fəth etdi? - ARZUNUN VAXTI

Cəmiyyət
18 августа 2026 175 просмотров
"Ödənişini etmirsən, satışa qoyuruq" | Vətəndaşın avtomobillərinə niyə əl qoyuldu? - Baku TV

"Ödənişini etmirsən, satışa qoyuruq" | Vətəndaşın avtomobillərinə niyə əl qoyuldu? - Baku TV

Cəmiyyət
18 августа 2026 175 просмотров
"Gürcüstandakı ermənidilli məktəblərdə kadr çatışmazlığı yoxdur, azərbaycandilli isə..." - Baku TV

"Gürcüstandakı ermənidilli məktəblərdə kadr çatışmazlığı yoxdur, azərbaycandilli isə..." - Baku TV

Cəmiyyət
18 августа 2026 175 просмотров
"Qırmızı Körpü"də vəziyyət niyə gərginləşib? - Baku TV CANLI

"Qırmızı Körpü"də vəziyyət niyə gərginləşib? - Baku TV CANLI

Cəmiyyət
18 августа 2026 175 просмотров
"Qiyməti ona görə ucuzdur ki..." | Bu məktəb formaları xəstəliklərə səbəb olur? - Baku TV

"Qiyməti ona görə ucuzdur ki..." | Bu məktəb formaları xəstəliklərə səbəb olur? - Baku TV

Cəmiyyət
18 августа 2026 175 просмотров
Oğuzda meydançanı kol-kos basıb, tribunalar dağılıb

Oğuzda meydançanı kol-kos basıb, tribunalar dağılıb

Cəmiyyət
18 августа 2026 175 просмотров
Rəhim Şıxəliyev küçəsində yaşayan sakinlər şikayət edir

Rəhim Şıxəliyev küçəsində yaşayan sakinlər şikayət edir

Cəmiyyət
18 августа 2026 175 просмотров
Qaş düzəldərkən göz çıxardılar | Bu ərazidə yaşayanlar niyə çətin durumda qalıb? - Baku TV

Qaş düzəldərkən göz çıxardılar | Bu ərazidə yaşayanlar niyə çətin durumda qalıb? - Baku TV

Cəmiyyət
18 августа 2026 175 просмотров
Hansı ərazilərdə kirayə ev tutmaq əhaliyə daha da baha başa gələcək? - Baku TV

Hansı ərazilərdə kirayə ev tutmaq əhaliyə daha da baha başa gələcək? - Baku TV

Cəmiyyət
18 августа 2026 175 просмотров
Выбранные
icon