Выбрать плеер:
Xırdalanda sakinlərin narazılığa səbəb olan yolda son vəziyyət necədir? - Baku TV
Xırdalan dairəsi istiqamətinə gedən yolda kanalizasiya xəttində yaranan problemlər uzun müddətdir sakinlərin və sürücülərin narazılığına səbəb olurdu. Axan çirkab suları yolun asfalt örtüyünü yuyaraq dərin çuxurların əmələ gəlməsinə və xoşagəlməz qoxunun yayılmasına yol açmışdı.
Hazırda isə ərazidə təmir-bərpa işlərinə start verilib. Belə ki, sıradan çıxmış kanalizasiya sistemi yenilənir və yolun dağılmış hissələri bərpa olunur.
Məlumata görə, təmir işləri yekunlaşdıqdan sonra sürücülərin bu istiqamətdə təhlükəsiz və rahat hərəkəti təmin ediləcək.
Скопировано
