Выбрать плеер:

Yanacağın qiymətində dəyişiklik edildi | Tarif Şurasından açıqlama

01 июля 2024 537 просмотров

Tarif Şurasının qərarına əsasən, 92 oktanlı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

Bununla dizel yanacağından istifadənin daha yüksək ekoloji zərərini nəzərə alaraq daha çox benzin istehlakına keçilməsi məqsədilə benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb.

Qiymət dəyişikliyi enerji təhlükəsizliyinin dayanıqlılığını təmin etməklə yanaşı, yanacağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz mühərrikli avtomobillərə keçidi sürətləndirəcək.

Statistikaya əsasən, son illərdə Azərbaycanda avtomobil idxalında elektrik mühərrikli avtomobillərin sayı artır. Yanacağın keyfiyyətinin yüksəldilməsi öz növbəsində nəqliyyat vasitələrinin təmirinə çəkilən xərcləri azaldaraq istismar müddətini uzadacaq.

Yumşaq tarif keçidinə baxmayaraq, psixoloji amil səbəbindən tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcək. Tarif dəyişikliyindən sonra da 92 oktanlı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil. Əksər ölkələrdə artıq 92 oktanlı benzin istehsal olunmur və satılmır, dizelin daha yüksək ekoloji zərərinə görə istehlakının azaldılması məqsədilə qiyməti bahalaşdırılır.

Dünya səviyyəsində böyük istehsalçılar “premium” markalı, elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçidi sürətlə davam edir. Avropa İttifaqında benzin və ya dizel mühərrikli yeni avtomobillərin istehsalı və qeydiyyatının dayandırılması istiqamətində tədbirlər həyata keçirilir.

Скопировано
Bakının qəsəbələrində yeni avtobuslar fəaliyyətə başlayacaq | Sakinlərin nəzərinə - Baku TV

Bakının qəsəbələrində yeni avtobuslar fəaliyyətə başlayacaq | Sakinlərin nəzərinə - Baku TV

Cəmiyyət
05 марта 2026 537 просмотров
Ramazan ayının 16-cı gününün duası - Baku TV

Ramazan ayının 16-cı gününün duası - Baku TV

Cəmiyyət
05 марта 2026 537 просмотров
İranın PUA ilə vurduğu Naxçıvan hava limanında son vəziyyət | Əməkdaşımızdan açıqlamalar - Baku TV

İranın PUA ilə vurduğu Naxçıvan hava limanında son vəziyyət | Əməkdaşımızdan açıqlamalar - Baku TV

Cəmiyyət
05 марта 2026 537 просмотров
İranın Naxçıvana dron hücumu ilə bağlı təcili məlumatlar - Baku TV CANLI

İranın Naxçıvana dron hücumu ilə bağlı təcili məlumatlar - Baku TV CANLI

Cəmiyyət
05 марта 2026 537 просмотров
Sadə məşğuliyyətin müsbət tərəfləri açıqlandı

Sadə məşğuliyyətin müsbət tərəfləri açıqlandı

Cəmiyyət
05 марта 2026 537 просмотров
Xoşbəxt olmağın sadə yolu açıqlandı

Xoşbəxt olmağın sadə yolu açıqlandı

Cəmiyyət
05 марта 2026 537 просмотров
Bu küçədə nişan çatışmazlığı sürücüləri cərimə ilə üz-üzə qoyur - NECƏ OLMALIDIR?

Bu küçədə nişan çatışmazlığı sürücüləri cərimə ilə üz-üzə qoyur - NECƏ OLMALIDIR?

Cəmiyyət
05 марта 2026 537 просмотров
Azərbaycana 200-dən çox şəxs təxliyə edildi - Baku TV

Azərbaycana 200-dən çox şəxs təxliyə edildi - Baku TV

Cəmiyyət
05 марта 2026 537 просмотров
Allahla insan arasında vasitəçi olmalıdır? | Eyyub Yaqubov sufizmə gələn tənqidlərdən danışdı - AMİN

Allahla insan arasında vasitəçi olmalıdır? | Eyyub Yaqubov sufizmə gələn tənqidlərdən danışdı - AMİN

Cəmiyyət
04 марта 2026 537 просмотров
Şad xəbər: Pensiya və müavinətlər vaxtından əvvəl veriləcək - Baku TV

Şad xəbər: Pensiya və müavinətlər vaxtından əvvəl veriləcək - Baku TV

Cəmiyyət
04 марта 2026 537 просмотров
Выбранные
icon