Выбрать плеер:

Yanacaq istehlakı niyə artıb? - Səbəb avtomobil çoxluğudur, tıxac, yoxsa...? - Baku TV

13 августа 2026 154 просмотров

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 327,3 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çoxdur.

İqtisadçı ekspert Natiq Cəfərli yanacaq satışındakı artımın əsas səbəblərindən birinin yanacağın qiymətinin yüksəlməsi olduğunu bildirib.

“Statistikada göstərilən məsələ xərclənən pulun məbləğidir. Alınan yanacağın həcmi deyil. Yanvarın 1-dən dizel yanacağının və “Aİ-92” markalı benzinin qiyməti artdı. Məhz bu qiymət artımı ümumi xərclənən vəsaitin 5 faizə yaxın artmasına səbəb olub”, – deyə ekspert qeyd edib.

Natiq Cəfərli avtomobillərin sayının artmasının da yanacaq istehlakına təsir etdiyini vurğulayıb:

“Rəsmi statistika göstərir ki, hər il Azərbaycanda təqribən 60-70 min avtomobil yollara daxil olur. Avtomobil sayı artdıqca benzinə xərclənən vəsaitin həcmində də artım müşahidə edilir”.

Ekspert tıxacların yanacaq sərfiyyatını artırdığını da təsdiqləyib. Onun sözlərinə görə, xüsusilə yay aylarında kondisionerdən istifadə yanacaq sərfiyyatını daha da yüksəldir:

“Bəli, tıxaclarda yanacaq sərfiyyatı artır. Amma bunu qlobal və çox ciddi təsir göstərən amil hesab etmək olmaz. Əsas təsir edən amillər qiymət artımı və avtomobillərin sayının çoxalmasıdır”.

Скопировано

Тег #Natiq Cəfərli используется

"İki dəfə gürzə öldürüblər" | Sakinləri qorxudan gözlənilməz təhlükə - Baku TV

"İki dəfə gürzə öldürüblər" | Sakinləri qorxudan gözlənilməz təhlükə - Baku TV

Cəmiyyət
24 августа 2026 154 просмотров
Ən qorxulu və ən zəhərli ilanın qeyri-adi bacarığı

Ən qorxulu və ən zəhərli ilanın qeyri-adi bacarığı

Cəmiyyət
23 августа 2026 154 просмотров
"Yay Fest"in "Mühəndislik və Kod" düşərgəsi başa çatdı - Baku TV

"Yay Fest"in "Mühəndislik və Kod" düşərgəsi başa çatdı - Baku TV

Cəmiyyət
23 августа 2026 154 просмотров
Futbol oynamaq istəyən uşaqlar çarəsiz qalıb | Stadionun qapısını kim bağlayıb? - Baku TV

Futbol oynamaq istəyən uşaqlar çarəsiz qalıb | Stadionun qapısını kim bağlayıb? - Baku TV

Cəmiyyət
23 августа 2026 154 просмотров
“Məcbur olub boşandım” | Sosial şəbəkədə fəryad edən iki qız anasının həyat hekayəsi - ARZUNUN VAXTI

“Məcbur olub boşandım” | Sosial şəbəkədə fəryad edən iki qız anasının həyat hekayəsi - ARZUNUN VAXTI

Cəmiyyət
22 августа 2026 154 просмотров
M6 ekspres avtobusunun marşrutu dəyişir | Xətt iki metro stansiyasını birləşdirəcək - Baku TV

M6 ekspres avtobusunun marşrutu dəyişir | Xətt iki metro stansiyasını birləşdirəcək - Baku TV

Cəmiyyət
22 августа 2026 154 просмотров
"Məktəbdə bütün uşaqları vurdum" | Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - Baku TV

"Məktəbdə bütün uşaqları vurdum" | Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - Baku TV

Cəmiyyət
22 августа 2026 154 просмотров
Mərkəzi yolda quyular niyə açıq qalıb? | Sürücülər hər an təhlükə ilə üzləşə bilər - Baku TV

Mərkəzi yolda quyular niyə açıq qalıb? | Sürücülər hər an təhlükə ilə üzləşə bilər - Baku TV

Cəmiyyət
22 августа 2026 154 просмотров
Parklanma zonasında oyun təhlükəsi: Bağlı stadion qapıları sakinləri ayağa qaldırdı - Baku TV

Parklanma zonasında oyun təhlükəsi: Bağlı stadion qapıları sakinləri ayağa qaldırdı - Baku TV

Cəmiyyət
22 августа 2026 154 просмотров
"Dedi ki, mənə pul at" | Abşeron Gənclər Şəhərciyində qanunsuz yolbənd iddiası - Baku TV

"Dedi ki, mənə pul at" | Abşeron Gənclər Şəhərciyində qanunsuz yolbənd iddiası - Baku TV

Cəmiyyət
22 августа 2026 154 просмотров
Выбранные
icon