Выбрать плеер:

Partiyalardan prezident seçkiləri barədə proqnoz

02 февраля 2024 187 просмотров

Prezident seçkilərində İlham Əliyev yüksək səs faizi ilə qalib gələcək.

Bu sözləri Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli İlham Əliyevin 7 fevralda keçiriləcək prezident seçkilərində alacağı səslə bağlı proqnozunu təqdim edərkən deyib.

O bildirib ki, İlham Əliyevin yüksək səs alacağının bir çox səbəbi var:

“Əsas səbəb Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam şəkildə bərpa etməsidir. Bundan başqa, İ.Əliyevin həyata keçirdiyi kadr islahatları, siyasi, iqtisadi və sosial sahələrdə aktivliyi son illərdə daha da yüksəlib. Hazırda İlham Əliyev fəaliyyətinin yüksəliş dövründədir. Buna görə də düşünürəm ki, 7 fevralda İ.Əliyev 92 faiz səslə prezident seçiləcək”.

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədrinin ictimai-siyasi məsələlər üzrə müavini Arif İsmayılbəyli də seçkilərdə İlham Əliyevin yüksək səs toplayacağı qənaətindədir:

“Məncə, İlham Əliyev seçkilərdə 85 faiz səs toplayacaq. Biz daim cəmiyyət arasında olduğumuz üçün insanların böyük əksəriyyətinin kimə səs verəcəyini təxmin edə bilirik. Bu seçkilərdə İlham Əliyev yüksək səs toplayacaq.

Şəxsən mən indiyə qədər İlham Əliyevə səs verməmişəm, amma bu seçkilərdə ona səs verəcəyəm. Bunun səbəbi 30 ilə yaxın bir müddətdə işğal altında qalan torpaqlarımızın azad olunması, ərazilərimizin separatçılardan tamamilə təmizlənməsi, bütövlüyümüzün və suverenliyimizin bərpasıdır”.

Respublikaçı Alternativ Partiyasının (REAL) icraçı katibi Natiq Cəfərli də İlham Əliyevin seçkilərin alternativsiz favoriti olduğunu vurğulayıb:

“İlham Əliyevin hazırkı reytinqini nəzərə alsaq, böyük ehtimalla 90 faiz civarında səslə prezident seçiləcək”.

Скопировано
Özbəkistanda Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı baş tutub - Baku TV

Özbəkistanda Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı baş tutub - Baku TV

Siyasət
24 августа 2026 187 просмотров
Özbəkistana mühüm səfər | Prezidentin rəsmi qarşılanma mərasimindən görüntülər - Baku TV

Özbəkistana mühüm səfər | Prezidentin rəsmi qarşılanma mərasimindən görüntülər - Baku TV

Siyasət
23 августа 2026 187 просмотров
"İlk dəfədir ki..." | Qazaxıstan səfiri keçirilən seçkinin önəmini vurğuladı - Baku TV

"İlk dəfədir ki..." | Qazaxıstan səfiri keçirilən seçkinin önəmini vurğuladı - Baku TV

Siyasət
23 августа 2026 187 просмотров
Daşkənddə Ali Dövlətlararası Şuranın üçüncü iclası | Əməkdaşımız detalları açıqladı - Baku TV

Daşkənddə Ali Dövlətlararası Şuranın üçüncü iclası | Əməkdaşımız detalları açıqladı - Baku TV

Siyasət
23 августа 2026 187 просмотров
Prezident İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - Baku TV

Prezident İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - Baku TV

Siyasət
23 августа 2026 187 просмотров
Hikmət Hacıyev: "Çalışırıq ki, Azərbaycan və özbək dillərinin kombinasiyasında danışaq"

Hikmət Hacıyev: "Çalışırıq ki, Azərbaycan və özbək dillərinin kombinasiyasında danışaq"

Siyasət
23 августа 2026 187 просмотров
Hikmət Hacıyev: "Azərbaycan və Özbəkistan münasibətləri strateji müttəfiqlik xarakteri daşıyır"

Hikmət Hacıyev: "Azərbaycan və Özbəkistan münasibətləri strateji müttəfiqlik xarakteri daşıyır"

Siyasət
23 августа 2026 187 просмотров
Prezident İlham Əliyevin Özbəkistanda təntənəli qarşılanma mərasimi - Baku TV

Prezident İlham Əliyevin Özbəkistanda təntənəli qarşılanma mərasimi - Baku TV

Siyasət
23 августа 2026 187 просмотров
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsinin önünə əklil qoydu - Baku TV

İlham Əliyev Daşkənddə Müstəqillik abidəsinin önünə əklil qoydu - Baku TV

Siyasət
23 августа 2026 187 просмотров
Prezident İlham Əliyev Özbəkistanda | Rəsmi qarşılanma mərasimindən görüntülər - Baku TV

Prezident İlham Əliyev Özbəkistanda | Rəsmi qarşılanma mərasimindən görüntülər - Baku TV

Siyasət
23 августа 2026 187 просмотров
Выбранные
icon