"İlk dəfədir ki..." | Qazaxıstan səfiri keçirilən seçkinin önəmini vurğuladı - Baku TV
Qazaxıstanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı bu ölkənin Azərbaycandakı diplomatik nümayəndəliyində də seçki məntəqəsi təşkil olunub.
Bu gün Qazaxıstan vətəndaşları burada səsvermə hüququndan istifadə edirlər. Səsvermənin saat 07:00-dan 20:00-dək davam etməsi və 170 nəfərin iştirakı gözlənilir.
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib ki, bu seçkilər ölkə üçün tarixi əhəmiyyət daşıyır:
“Bu gün Qazaxıstanda, doğrudan da, tarixi seçkilər keçirilir. İlk dəfədir ki, biz Qazaxıstanda birpalatalı parlament olan Qurultayı seçirik”.
Alim Bayel əlavə edib ki, artıq Qazaxıstanda Azərbaycanda olduğu kimi vitse-prezident institutu olacaq:
“Ona görə mən bu seçkilərin həm Qazaxıstan üçün, həm də ümumiyyətlə Türk dünyası üçün uğurlar gətirməsini arzu edirəm”.
Тег #Qazaxıstan используется
- Qazaxıstanda qalmaqallı hadisə | Rus blogerin ifadələri qəzəb yaratdı - Baku TV
- BTC və Bakı-Supsa əlavə neft ixracı marşrutları kimi nəzərdən keçirilir - Baku TV
- Azərbaycan və Qazaxıstan Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb - Baku TV
- Beynəlxalq Hava Şarları Festivalından görüntülər
- Prezident Azərbaycan və Qazaxıstan arasındakı əməkdaşlığın vacibliyini vurğuladı - Baku TV
