Yumurta ilə bağlı nələrə mütləq diqqət etmək lazımdır?
Səhər yeməyi süfrələrinin vazkeçilməzi olan yumurta zülalla zəngindir.
Sağlam və ləzzətli quruluşu ilə müxtəlif üsullarla hazırlana bilən yumurtanın istehlakında diqqətli olmaq lazımdır. Onun qeyri-sağlam şəkildə istehlakı bəzi sağlamlıq risklərinə səbəb olur.
Yumurtanın xarab olub-olmadığını anlamaq üçün ilk növbədə onun son istifadə tarixinə baxmaq lazımdır. İstifadə müddəti bitmiş yumurtaları istehlak etməməlisiniz.
Əgər yumurtanın strukturunda çat, qırılma və ya anormal rəng dəyişikliyi varsa, bu onun qüsurlu olmasından xəbər verir.
Yumurtanı bir stəkan suya qoymaqla da onun xarab olub-olmadığını müəyyən etmək olar. Yumurta suyun dibinə batırsa, bu onun təzə olduğunu göstərir. Amma yumurta suyun üzündə qalırsa, deməli, onun istehlakı məqsədəuyğun deyil.