Zooparkda nadir hadisə | "Qonur ayıdan sonra ən böyük 3-cü yırtıcıdır" - Baku TV
Bakı Zooloji Parkında nəsli kəsilmək təhlükəsi altında olan Amur pələnglərinin iki balası dünyaya gəlib.
Mütəxəssislər bunu nadir növlərin qorunması baxımından mühüm hadisə kimi qiymətləndirirlər.
Zooloji Parkı ziyarət edən valideynlər övladlarını pələng balalarını görmək üçün gətirdiklərini, bunun uşaqların heyvanlar aləmi haqqında biliklərinin və təbiətə sevgisinin formalaşmasına müsbət təsir etdiyini bildiriblər.
Bakı Zooloji Parkının baş baytarı Elvin Süleymanov qeyd edib ki, balalar mart ayında doğulub və hazırda ziyarətçilərin böyük marağına səbəb olur.
“Amur pələngləri öz yarımnövləri arasında ən iri olmaları ilə seçilirlər. Onlar qütb ayısı və qonur ayıdan sonra dünyanın ən böyük 3-cü yırtıcı heyvanı hesab olunur”, – deyə o, sözlərinə əlavə edib.
