Выбрать плеер:

"Yeni müdir əvəzi elə işlər görüb ki..." | Bakıdakı bağça barədə qalmaqallı iddia - Baku TV

08 июня 2026 70 просмотров

Bəzi sosial şəbəkə hesablarında 198 nömrəli körpələr evi-uşaq bağçasında uşaqların qidalanması üçün ayrılmış ərzaq məhsullarının müəssisədən çıxarılaraq mənimsənilməsi ilə bağlı iddialar yayılıb.

Paylaşılan məlumatlarda bildirilir ki, sözügedən hadisə bağçaya təyin olunmuş müdir əvəzinin göstərişi ilə baş verib.

Yayılan görüntülərin nə vaxt çəkildiyini və kadrlarda əks olunan hadisənin mahiyyətini araşdırmaq üçün Baku TV 198 nömrəli körpələr evi-uşaq bağçasında olub.

Bağçanın müdir əvəzi Vəsilə Bayramova iddiaların əsassız olduğunu bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra bütün məqamlar aydınlaşacaq.

“Görüntüləri görmüşük və orada səsləndirilən iddiaların hamısı yalandır. Kadrlarda görünənlər ərzaq deyil, tullantı məhsullarıdır”, – deyə o bildirib.

Valideynlərdən biri isə bağçada uşaqların qidalanmasından razı qaldığını deyib:

“Qidalanma hər gün çəkilir və qruplarda paylaşılır. Son vaxtlar təyin olunan müdir əvəzi Vəsilə xanım bağçada bir çox yeniliklər həyata keçirib. O, işinə və uşaqlara böyük həvəslə yanaşır. Kadrlara diqqətlə baxanda da görünür ki, orada daşınan hər hansı ərzaq məhsulu yoxdur. Bunlar, sadəcə, tullantı məhsullarıdır”.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxtdakı 198 nömrəli körpələr evi-uşaq bağçasında ərzaq məhsullarının mənimsənilməsi ilə bağlı yayılan iddialar araşdırılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Скопировано
Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanun layihəsinin müzakirəsi - Baku TV CANLI

Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanun layihəsinin müzakirəsi - Baku TV CANLI

Cəmiyyət
10 июня 2026 70 просмотров
Bu içkilər bağırsaqların selikli qişasını qıcıqlandıraraq iltihabı artırır

Bu içkilər bağırsaqların selikli qişasını qıcıqlandıraraq iltihabı artırır

Cəmiyyət
10 июня 2026 70 просмотров
Yuxusuzluğun fərqinə varmadığımız zərərləri

Yuxusuzluğun fərqinə varmadığımız zərərləri

Cəmiyyət
10 июня 2026 70 просмотров
“BakıKart”ın qiyməti artır | Moskvadan sərt çıxış | Zelenskinin gizli mesajları - YENİ BİR SƏHƏR

“BakıKart”ın qiyməti artır | Moskvadan sərt çıxış | Zelenskinin gizli mesajları - YENİ BİR SƏHƏR

Cəmiyyət
10 июня 2026 70 просмотров
Bank kartları ilə bağlı yeni qaydalar gündəmdə | Nələr dəyişəcək? - Baku TV

Bank kartları ilə bağlı yeni qaydalar gündəmdə | Nələr dəyişəcək? - Baku TV

Cəmiyyət
10 июня 2026 70 просмотров
Azyaşlıların sosial şəbəkədən asılılığını azaltmağı nəzərdə tutan qanun - Baku TV

Azyaşlıların sosial şəbəkədən asılılığını azaltmağı nəzərdə tutan qanun - Baku TV

Cəmiyyət
10 июня 2026 70 просмотров
"Havalar buna görə sərt keçir" | Bu yay hava necə olacaq? - Baku TV

"Havalar buna görə sərt keçir" | Bu yay hava necə olacaq? - Baku TV

Cəmiyyət
09 июня 2026 70 просмотров
"Tıxacda qalmadığımız gün var?!" | Bu problemdən canını qurtarmaq istəyənlər nə etməlidir? - Baku TV

"Tıxacda qalmadığımız gün var?!" | Bu problemdən canını qurtarmaq istəyənlər nə etməlidir? - Baku TV

Cəmiyyət
09 июня 2026 70 просмотров
Uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılır? - Baku TV

Uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılır? - Baku TV

Cəmiyyət
08 июня 2026 70 просмотров
“Bizi ana-bala bilirlər” | Əlil cütlüyün qınaqlara qalib gələn sevgisi - ARZUNUN VAXTI

“Bizi ana-bala bilirlər” | Əlil cütlüyün qınaqlara qalib gələn sevgisi - ARZUNUN VAXTI

Cəmiyyət
08 июня 2026 70 просмотров
Выбранные
icon