Выбрать плеер:

“Bizi ana-bala bilirlər” | Əlil cütlüyün qınaqlara qalib gələn sevgisi - ARZUNUN VAXTI

08 июня 2026 70 просмотров

“Arzunun vaxtı” verilişinin yeni buraxılışında Ruhlan Ərşadoğlu və Şəlalə Vahabova cütlüyü öz həyat hekayələrini danışıblar.

Ruhlan Ərşadoğlu bu evliliyin onun ikinci ailəsi olduğunu, birinci nikahından olan oğlunun da onlarla birlikdə yaşadığını bildirib:

“İlk həyat yoldaşım fiziki məhdudiyyətimə görə məndən utandığını söylədi. Biz də yollarımızı ayırdıq. Hərənin öz tayı var. Yaxşı ki, birinci yoldaşımdan boşanmışam, yoxsa Şəlalə kimi gözəl bir insanı tanıya bilməzdim”.

Şəlalə xanım isə əvvəlcə ailəsinin bu evliliyə qarşı olduğunu deyib:

“Gözdən əlil olduğum üçün ailəm əvvəl narazılıq edirdi, çünki mənim üçün çətin olacağını düşünürdülər. Amma indi hər şeyin öhdəsindən özüm gəlirəm. Ev işlərini də, uşaqların qulluğunu da rahatlıqla çatdırıram. İnsan gərək hər şeyi ürəkdən istəsin. İstək olarsa, hər şeyin öhdəsindən gəlmək asandır”.

Ruhlan ailə qurarkən Şəlalənin atası ilə aralarında keçən dialoqu xatırlayaraq yoldaşını hər şeyin ən gözəlinə layiq bildiyini vurğulayıb:

“Atası mənə “övladım qüsurludur, haradan bilim ki, onu yarı yolda qoymayacaqsan?!” dedi. Mən isə belə cavab verdim: “O mənim ayaqlarım olacaq, mən də onun gözləri”. Elə günlərimiz olub ki, pulumuz olmayıb, amma Şəlalə bunu heç vaxt ailəsinə büruzə verməyib. O, çox gözəl insandır”.

Скопировано
Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanun layihəsinin müzakirəsi - Baku TV CANLI

Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanun layihəsinin müzakirəsi - Baku TV CANLI

Cəmiyyət
10 июня 2026 70 просмотров
Bu içkilər bağırsaqların selikli qişasını qıcıqlandıraraq iltihabı artırır

Bu içkilər bağırsaqların selikli qişasını qıcıqlandıraraq iltihabı artırır

Cəmiyyət
10 июня 2026 70 просмотров
Yuxusuzluğun fərqinə varmadığımız zərərləri

Yuxusuzluğun fərqinə varmadığımız zərərləri

Cəmiyyət
10 июня 2026 70 просмотров
“BakıKart”ın qiyməti artır | Moskvadan sərt çıxış | Zelenskinin gizli mesajları - YENİ BİR SƏHƏR

“BakıKart”ın qiyməti artır | Moskvadan sərt çıxış | Zelenskinin gizli mesajları - YENİ BİR SƏHƏR

Cəmiyyət
10 июня 2026 70 просмотров
Bank kartları ilə bağlı yeni qaydalar gündəmdə | Nələr dəyişəcək? - Baku TV

Bank kartları ilə bağlı yeni qaydalar gündəmdə | Nələr dəyişəcək? - Baku TV

Cəmiyyət
10 июня 2026 70 просмотров
Azyaşlıların sosial şəbəkədən asılılığını azaltmağı nəzərdə tutan qanun - Baku TV

Azyaşlıların sosial şəbəkədən asılılığını azaltmağı nəzərdə tutan qanun - Baku TV

Cəmiyyət
10 июня 2026 70 просмотров
"Havalar buna görə sərt keçir" | Bu yay hava necə olacaq? - Baku TV

"Havalar buna görə sərt keçir" | Bu yay hava necə olacaq? - Baku TV

Cəmiyyət
09 июня 2026 70 просмотров
"Tıxacda qalmadığımız gün var?!" | Bu problemdən canını qurtarmaq istəyənlər nə etməlidir? - Baku TV

"Tıxacda qalmadığımız gün var?!" | Bu problemdən canını qurtarmaq istəyənlər nə etməlidir? - Baku TV

Cəmiyyət
09 июня 2026 70 просмотров
Uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılır? - Baku TV

Uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılır? - Baku TV

Cəmiyyət
08 июня 2026 70 просмотров
74 gündür evlərə nə girə bilirlər, nə də çıxa | "Kömək etmək istəyəni də qoymurlar" - Baku TV

74 gündür evlərə nə girə bilirlər, nə də çıxa | "Kömək etmək istəyəni də qoymurlar" - Baku TV

Cəmiyyət
08 июня 2026 70 просмотров
Выбранные
icon