Выбрать плеер:

Uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılır? - Baku TV

08 июня 2026 83 просмотров

Azərbaycanda uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı yeni qaydalar gündəmə gəlib.

Təklifə əsasən, sosial media platformalarında fərdi hesab açmaq yaşı 16-dan başlamalıdır. 16-18 yaş arası yeniyetmələr isə yalnız valideynin və ya qanuni nümayəndənin razılığı ilə hesab yarada biləcəklər. Əsas məqsəd uşaqları zərərli kontentdən, bullinqdən, manipulyativ çağırışlardan, cinsi istismar risklərindən və psixoloji təsirlərdən qorumaqdır.

Qanun layihəsində sosial platformalar üçün də konkret tələblər nəzərdə tutulur. Platformalar yaşın doğrulanması mexanizmlərini tətbiq etməli, azyaşlılarla bağlı toplanan fərdi məlumatlardan kommersiya məqsədilə istifadə etməməli və dövlət qurumlarına hesabat təqdim etməlidir.

Müzakirə olunan dəyişikliklərdə diqqətçəkən məqamlardan biri də 16-18 yaşlı istifadəçilər üçün sonsuz sürüşdürmə və avtomatik video oynatma kimi asılılıq yarada bilən texnoloji mexanizmlərin məhdudlaşdırılmasıdır. Çünki mütəxəssislər hesab edirlər ki, xüsusilə qısa video formatları uşaqlarda diqqət dağınıqlığına, informasiyanın səthi qavranılmasına və yaddaş problemlərinə səbəb ola bilər.

Ancaq məsələ yalnız qadağa ilə bitmir. Ekspertlər bildirirlər ki, sosial şəbəkələrə yaş məhdudiyyəti tətbiq olunacağı təqdirdə bu addım geniş ictimai müzakirələr, valideynlərin maarifləndirilməsi və məktəblərdə media savadlılığı proqramları ilə tamamlanmalıdır. Çünki rəqəmsal təhlükəsizlik təkcə dövlətin deyil, ailənin və təhsil sisteminin də birgə məsuliyyətidir.

Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanun layihəsinin müzakirəsi - Baku TV CANLI

Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanun layihəsinin müzakirəsi - Baku TV CANLI

Cəmiyyət
10 июня 2026 83 просмотров
Bu içkilər bağırsaqların selikli qişasını qıcıqlandıraraq iltihabı artırır

Bu içkilər bağırsaqların selikli qişasını qıcıqlandıraraq iltihabı artırır

Cəmiyyət
10 июня 2026 83 просмотров
Yuxusuzluğun fərqinə varmadığımız zərərləri

Yuxusuzluğun fərqinə varmadığımız zərərləri

Cəmiyyət
10 июня 2026 83 просмотров
“BakıKart”ın qiyməti artır | Moskvadan sərt çıxış | Zelenskinin gizli mesajları - YENİ BİR SƏHƏR

“BakıKart”ın qiyməti artır | Moskvadan sərt çıxış | Zelenskinin gizli mesajları - YENİ BİR SƏHƏR

Cəmiyyət
10 июня 2026 83 просмотров
Bank kartları ilə bağlı yeni qaydalar gündəmdə | Nələr dəyişəcək? - Baku TV

Bank kartları ilə bağlı yeni qaydalar gündəmdə | Nələr dəyişəcək? - Baku TV

Cəmiyyət
10 июня 2026 83 просмотров
Azyaşlıların sosial şəbəkədən asılılığını azaltmağı nəzərdə tutan qanun - Baku TV

Azyaşlıların sosial şəbəkədən asılılığını azaltmağı nəzərdə tutan qanun - Baku TV

Cəmiyyət
10 июня 2026 83 просмотров
"Havalar buna görə sərt keçir" | Bu yay hava necə olacaq? - Baku TV

"Havalar buna görə sərt keçir" | Bu yay hava necə olacaq? - Baku TV

Cəmiyyət
09 июня 2026 83 просмотров
"Tıxacda qalmadığımız gün var?!" | Bu problemdən canını qurtarmaq istəyənlər nə etməlidir? - Baku TV

"Tıxacda qalmadığımız gün var?!" | Bu problemdən canını qurtarmaq istəyənlər nə etməlidir? - Baku TV

Cəmiyyət
09 июня 2026 83 просмотров
“Bizi ana-bala bilirlər” | Əlil cütlüyün qınaqlara qalib gələn sevgisi - ARZUNUN VAXTI

“Bizi ana-bala bilirlər” | Əlil cütlüyün qınaqlara qalib gələn sevgisi - ARZUNUN VAXTI

Cəmiyyət
08 июня 2026 83 просмотров
74 gündür evlərə nə girə bilirlər, nə də çıxa | "Kömək etmək istəyəni də qoymurlar" - Baku TV

74 gündür evlərə nə girə bilirlər, nə də çıxa | "Kömək etmək istəyəni də qoymurlar" - Baku TV

Cəmiyyət
08 июня 2026 83 просмотров
Выбранные
icon