ABŞ-Çin danışıqlarında ticarət və süni intellekt məsələləri geniş müzakirə olundu - Baku TV
ABŞ ilə Çin arasında ticarət və süni intellekt məsələləri üzrə son dərəcə uğurlu danışıqlar keçirilib.
Bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent məlumat verib.
“Biz indicə çinlilərlə ticarət və süni intellekt məsələləri üzrə çox uğurlu danışıqlar apardıq. Pekində dayandığımız yerdən davam etdik. Orada Ticarət Şurasını yaratmış və süni intellekti müzakirə etməyə başlamışdıq. Bu axşam isə bu mövzular praktiki müstəviyə keçdi”, – Bessent jurnalistlərə bildirib.
Onun sözlərinə görə, tərəflər süni intellekt sahəsində əməkdaşlıq mexanizminin yaradılmasını müzakirə ediblər. Bu mexanizm “ABŞ-Çin süni intellekt dialoqu” adlandırılacaq.
“ABŞ iki ölkə arasında məlumatlandırma mexanizminin yaradılmasını təklif edib. Biz həmçinin məqsədlər və təhdidlərə dair ümumi baxış formalaşdırmaq istəyirik”, – nazir deyib.
Bessent onu da bildirib ki, məlumatlandırma mexanizmi süni intellekt ilə bağlı milli təhlükəsizlik səviyyəsində mümkün insidentlər və təhdidlər barədə qarşılıqlı məlumat mübadiləsini nəzərdə tutur.
Тег #ABŞ Maliyyə Nazirliyi используется
- İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI
- Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir
- ABŞ-nin irəli sürdüyü tələb mümkün razılaşmanın taleyini dəyişə bilər - Baku TV
- ABŞ-nin dövlət borcu ilə bağlı məlumatlar yalandır?
- ABŞ-nin iqtisadi təzyiqinə qarşı İrandan sərt və diqqətçəkən cavab gəldi - Baku TV
