Выбрать плеер:
ABŞ-nin irəli sürdüyü tələb mümkün razılaşmanın taleyini dəyişə bilər - Baku TV
“İranın beynəlxalq arenadakı yanaşması həmişə sülhsevər və qarşılıqlı əməkdaşlıq yönümlüdür”.
Bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
Onun sözlərinə görə, heç bir ölkənin ifrat iddiaları təmin edilməyəcək və qarşılıqlı əlaqədə ortaq maraqlar diqqətə alınacaq.
Bu arada, ABŞ-nin maliyyə naziri Skott Bessent İran hökumətini maliyyə resurslarını xalqa ayırmağa çağırıb. O bu barədə “X” hesabında yazıb.
“İran xalqı əsas ehtiyaclarını ödəyə bilmək üçün mübarizə apardığı bir vaxtda korrupsiyalaşmış rejim böyük həcmdə məbləği xaricə sərf etməyə davam edir. Rejim milyardlarla dolları öz terrorçu proksilərinə xərcləmək əvəzinə, bu pulları öz xalqına ayırmalıdır”, – deyə Bessent qeyd edib.
Скопировано
