Выбрать плеер:

ABŞ-də dəhşətə gətirən hadisənin üstü açıldı

09 января 2026 113 просмотров

ABŞ-nin Pensilvaniya ştatında yerli sakinlərdən birinin evində 100-dən çox insan kəlləsi və digər qalıqlar aşkar edilib.

Bu barədə “Sky News” nəşri xəbər verir.

Məlumata görə, 34 yaşlı Conatan Gerlaxın mənzilində, eləcə də ona məxsus anbarda polis əməkdaşları çoxsaylı sümüklər, mumiyalanmış qol və ayaqlar, çürümüş gövdələr, skelet qalıqları tapıblar.

"Onlar müxtəlif vəziyyətlərdə idilər. Bəziləri, belə demək olarsa, asılmışdı. Bir hissəsi müxtəlif hissələrdən yığılmışdı, bəziləri isə sadəcə, rəfdəki kəllələr idi", – deyə Delaver dairəsinin prokuroru Tanner Raus bildirib.

Qeyd edilir ki, bu hadisə Filadelfiyanın ətrafındakı Maunt-Moria qəbiristanlığında baş verən məzar oğurluqları ilə bağlı araşdırma nəticəsində ortaya çıxıb.

Polis iddia edir ki, Conatan Gerlax təxminən 150 000 məzarın olduğu ərazidəki məqbərələri və yeraltı kriptləri məqsədyönlü şəkildə seçib.

Səlahiyyətlilər həmçinin dəfnlərlə əlaqəli olduğu ehtimal edilən zərgərlik məmulatlarını da tapdıqlarını bəyan ediblər. Hətta məzar yerlərindən birində kardiostimulyator da olub.

Gerlaxın qalıqları nə məqsədlə oğurladığı dəqiq məlum deyil, lakin Tanner Raus onlardan bəzilərinin yüzlərlə yaşı olduğunu qeyd edib.

Conatan Gerlax əlində lom ilə məzarlıqdan öz maşınına doğru qayıdarkən həbs edilib. Məhkəmə sənədlərinə əsasən, o həmin vaxt iki azyaşlı uşağın mumiyalanmış qalıqlarının, üç kəllənin və digər sümüklərin olduğu çantanı da özü ilə daşıyırmış.

Gerlaxa qarşı oğurluq, oğurlanmış əmlakın satışı və cəsədin təhqir edilməsi də daxil olmaqla 300 maddə üzrə ittiham irəli sürülüb.

O həmçinin ictimai abidənin, tarixi dəfn yerinin təhqir edilməsi ilə bağlı onlarla digər maddə üzrə də təqsirləndirilir.

Conatan Gerlax Moria dağı yaxınlığından təxminən 30 insan qalığını oğurladığını etiraf edib.

Скопировано
Ermənistan hakimiyyəti ilə Apostol Kilsəsi arasında gərginlik yeni mərhələyə keçib - Baku TV CANLI

Ermənistan hakimiyyəti ilə Apostol Kilsəsi arasında gərginlik yeni mərhələyə keçib - Baku TV CANLI

Dünya
10 января 2026 113 просмотров
Moskva yaxınlığında hava şarı şousu | Rusiyadan maraqlı görüntülər

Moskva yaxınlığında hava şarı şousu | Rusiyadan maraqlı görüntülər

Dünya
10 января 2026 113 просмотров
Donald Tramp: "Bizə milli təhlükəsizlik baxımından Qrenlandiya lazımdır" - Baku TV

Donald Tramp: "Bizə milli təhlükəsizlik baxımından Qrenlandiya lazımdır" - Baku TV

Dünya
10 января 2026 113 просмотров
"Uşaqların sevgisi bizə stimul verib" | ABŞ-li cütlüyün heyvanlara qayğısı

"Uşaqların sevgisi bizə stimul verib" | ABŞ-li cütlüyün heyvanlara qayğısı

Dünya
10 января 2026 113 просмотров
Avstraliyada 300 min hektar ərazi yanıb

Avstraliyada 300 min hektar ərazi yanıb

Dünya
10 января 2026 113 просмотров
Etirazçılara atəş açıldığı bildirilir, ölənlərin sayı artır - Baku TV CANLI

Etirazçılara atəş açıldığı bildirilir, ölənlərin sayı artır - Baku TV CANLI

Dünya
10 января 2026 113 просмотров
Donald Tramp Putin barədə fikirlərini açıqladı - Baku TV CANLI

Donald Tramp Putin barədə fikirlərini açıqladı - Baku TV CANLI

Dünya
10 января 2026 113 просмотров
Rusiya bu raketlə Ukraynada hansı obyekti vurdu?

Rusiya bu raketlə Ukraynada hansı obyekti vurdu?

Dünya
10 января 2026 113 просмотров
Moskvada güclü qar fırtınası | Regiondan paytaxta giriş bloklandı

Moskvada güclü qar fırtınası | Regiondan paytaxta giriş bloklandı

Dünya
10 января 2026 113 просмотров
Hakan Fidan Suriyadakı paralel qüvvələrə səsləndi

Hakan Fidan Suriyadakı paralel qüvvələrə səsləndi

Dünya
10 января 2026 113 просмотров
Выбранные
icon