Rusiya bu raketlə Ukraynada hansı obyekti vurdu?
Rusiyanın "Oreşnik" raketi ilə Ukraynada hansı obyekti vurduğu açıqlanıb.
Ortamənzilli "Oreşnik" ballistik raketi ilə Ukraynaya endirilən zərbə Avropa ölkələrini qorxutmaq məqsədi daşıyan aksiya olub. Raket Polşa ilə sərhədə yaxın yerləşən Lvov vilayətindəki bir obyektə düşüb.
Bu barədə "Reuters" agentliyi ukraynalı məmura istinadən xəbər verir.
Qeyd edilir ki, raket Lvovdakı dövlət müəssisələrindən birinin sexinə dəyib. Dəymiş ziyan əhəmiyyətli hesab edilmir: bir neçə subdöyüş sursatının düşməsi sexin beton konstruksiyalarında kiçik deşiklər əmələ gətirib, həmçinin yaxınlıqdakı meşə ərazisində çuxurlar yaranıb.
Məmurun sözlərinə görə, "Oreşnik" raketi, ehtimal ki, döyüş başlığı deyil, inert başlıqlar daşıyıb. Bu isə zərbənin əsas məqsədinin obyektin məhv edilməsi yox, güc nümayişi olduğunu təsdiqləyir.
