İranda etirazlar pik həddə çatdı | Dəhşətə gətirən görüntülər - Baku TV
İranda etirazların yeni dalğası başlayıb. Yanvarın 9-u səhər saatlarında minlərlə insan paytaxt Tehranın küçələrinə axışıb.
Etirazlar fonunda bir çox aparıcı xəbər agentliklərinin saytları işləmir. Ölkədə artıq saatlardır ki, internet bağlantısı yoxdur.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, Yəzddə etirazçılar bələdiyyə binasını, Tehranda isə inzibati binalardan birini yandırıblar.
Bildirilib ki, Tehranın Firdovsi bulvarında polis maşınları yandırılıb. Yanvarın 8-də etirazçılar və polis arasında toqquşmalar baş verib. Etirazçılara atəş açan İran İnqilab Keşikçiləri Korpusunun zabiti döyülüb və nəticədə vəfat edib.
Xatırladaq ki, İranda iqtisadi qeyri-sabitlik, o cümlədən pis idarəetmə və Qərb sanksiyaları nəticəsində inflyasiyanın kəskin artması, siyasi və sosial azadlıqların məhdudlaşdırılması ilə bağlı dərinləşən narahatlıqlar fonunda iğtişaşlar başlayıb.
İran hakimiyyəti hökumətin valyuta məzənnəsinin kəskin düşməsi və sürətlə artan qiymətlərlə bağlı iğtişaşlara ikili yanaşma nümayiş etdirməyə çalışıb. Bu iğtişaşlar nümayişçilərlə İran təhlükəsizlik qüvvələri arasında şiddətli toqquşmalara səbəb olub.
Тег #İran используется
- Etirazçılara atəş açıldığı bildirilir, ölənlərin sayı artır - Baku TV CANLI
- Vahan Kostanyan Məcid Taxt-Ravançi ilə görüşüb - Baku TV
- Hakan Fidandan İranla bağlı açıqlama | ”Bu, bizim bölgəyə ən güclü mesajımızdır” - Baku TV
- BMT İrandakı hadisələrə reaksiya verdi | ”İnsan itkiləri olması narahatlıq doğurur” - Baku TV
- Rza Pəhləvi İrandakı kütləvi etirazlarla bağlı paylaşım etdi - Baku TV
