Выбрать плеер:

ABŞ Dövlət katibi Pekinin İranla bağlı ehtiyatlı davrandığını bildirib

03 июня 2026 50 просмотров

ABŞ dövlət katibi Marko Rubio Çinin İrana Vaşinqtonun hərbi əməliyyatlarını çətinləşdirəcək səviyyədə yardım göstərmədiyini bildirib.

Rubio bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Təxsisatlar Komitəsində keçirilən dinləmələr zamanı danışıb.

"Çinin İrana ABŞ-nin fəaliyyətini və ya hərəkət imkanlarını hər hansı formada çətinləşdirən dəstək verdiyini düşünmürəm", – deyə o bildirib.

Rubio qeyd edib ki, İranın arsenalında Çin mənşəli hərbi texnika mövcuddur. Bununla belə, onun sözlərinə görə, ABŞ yaxın perspektivdə Çinin İrana verdiyi sistemlərin döyüş meydanında vəziyyəti dəyişdirdiyinə dair heç bir əlamət müşahidə etməyib.

Dövlət katibi əlavə edib ki, Pekin ABŞ, İsrail və İran arasında yaranmış gərginliyə birbaşa qoşulmaq məsələsində ehtiyatlı davranır.

Rubio bildirib ki, Vaşinqton BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazı ilə bağlı ABŞ-nin təşəbbüs göstərdiyi qətnamə layihəsinə Çin tərəfindən veto qoyulmamasına ümid edir. Onun fikrincə, belə bir qətnamə Pekinin maraqlarına da uyğundur. 

Скопировано
“Türklər əla yol tikirdilər, azərbaycanlılar da...” | Müharibədən sonra nələr olacaq? - Baku TV

“Türklər əla yol tikirdilər, azərbaycanlılar da...” | Müharibədən sonra nələr olacaq? - Baku TV

Dünya
04 июня 2026 50 просмотров
Neçə ukraynalı ölkəsini tərk edib? - Ukrayna Dövlət Miqrasiya Xidmətinin rəhbəri danışdı - Baku TV

Neçə ukraynalı ölkəsini tərk edib? - Ukrayna Dövlət Miqrasiya Xidmətinin rəhbəri danışdı - Baku TV

Dünya
04 июня 2026 50 просмотров
Rusiyadan Ermənistana səsverməyə gedənləri nə gözləyir? - ANA XƏBƏR

Rusiyadan Ermənistana səsverməyə gedənləri nə gözləyir? - ANA XƏBƏR

Dünya
04 июня 2026 50 просмотров
ABŞ hücumları bərpa edə bilər: Tehranın müəyyən etdiyi yeni hədəflər haradır? - AKTUAL GÜNDƏM

ABŞ hücumları bərpa edə bilər: Tehranın müəyyən etdiyi yeni hədəflər haradır? - AKTUAL GÜNDƏM

Dünya
04 июня 2026 50 просмотров
Ermənistan kritik seçim qarşısında | Moskvadan İrəvana xəbərdarlıq - Baku TV CANLI

Ermənistan kritik seçim qarşısında | Moskvadan İrəvana xəbərdarlıq - Baku TV CANLI

Dünya
04 июня 2026 50 просмотров
Xarkov və Xerson atəşə tutuldu: Ölən və yaralananlar var - Baku TV CANLI

Xarkov və Xerson atəşə tutuldu: Ölən və yaralananlar var - Baku TV CANLI

Dünya
04 июня 2026 50 просмотров
Amerika Birləşmiş Ştatları Prezidenti Türkiyəyə səfər edəcək - Baku TV CANLI

Amerika Birləşmiş Ştatları Prezidenti Türkiyəyə səfər edəcək - Baku TV CANLI

Dünya
04 июня 2026 50 просмотров
İran nüvə silahından əl çəkir? - Bu tarixdə hər şey dəyişə bilər - Baku TV

İran nüvə silahından əl çəkir? - Bu tarixdə hər şey dəyişə bilər - Baku TV

Dünya
04 июня 2026 50 просмотров
İsrail və Livan atəşkəs barədə razılığa gəldi

İsrail və Livan atəşkəs barədə razılığa gəldi

Dünya
04 июня 2026 50 просмотров
Kiyev Moskvaya ultimatum göndərdi

Kiyev Moskvaya ultimatum göndərdi

Dünya
04 июня 2026 50 просмотров
Выбранные
icon