Выбрать плеер:

ABŞ uzaqmənzilli raketlərin qadağan edilməsini istəyir

19 июня 2026 30 просмотров

"ABŞ İranla bağlanan yekun razılaşmaya digər ölkələr üçün təhlükə yarada biləcək raketlərin hazırlanmasına qadağa qoyulmasını da daxil etmək niyyətindədir".

Bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ağ Evdə keçirilən mətbuat konfransında bildirib.

"Biz onların xeyli sayda ballistik raketlərini və buraxılış qurğularını məhv etmişik. Onların dünya üçün geniş təhlükə yarada biləcək raketlər hazırlaya bilməyəcəklərini ümid edirik", deyə o qeyd edib.

Vensin sözlərinə görə, ABŞ İrandan özünümüdafiə hüququndan tamamilə imtina etməsini tələb etmir. Lakin Vaşinqton Tehranın nüvə potensialını bərpa edə bilməməsini təmin etmək niyyətindədir.

ABŞ-nin vitse-prezidenti İranın nüvə proqramının məhv edildiyini və hazırda əsas məqsədin ölkənin gələcəkdə bu imkanları bərpa etməsinin qarşısını almaq olduğunu iddia edib.

Cey Di Vens əlavə edib ki, ABŞ faktiki olaraq İran dəniz limanlarının blokadasını aradan qaldırıb və Tehran ticarət gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verməyə başlayıb:

"ABŞ Mərkəzi Komandanlığı ondan çox gəminin dəniz blokadasından keçməsinə icazə verib. Beləliklə, biz də razılaşmanın öz payımıza düşən hissəsini yerinə yetiririk".

Vens bundan başqa ABŞ-nin iran yaxınlığında hərbi mövcudluğunun azaldılmasının da razılaşmanın bir hissəsi olduğunu bildirib.

"Bu, yekun razılaşmadır. Bu halda, qoşunlarımızın səviyyəsini də münaqişədən əvvəlki səviyyəyə endirəcəyik. Yəni orada əlavə aviadaşıyıcı zərbə qrupları saxlamayacağıq", deyə Cey Di Vens vurğulayıb.

İran qonşu ölkələrə hücum üçün gizli silahlı qruplar yaratdı | “Reuters”

İran qonşu ölkələrə hücum üçün gizli silahlı qruplar yaratdı | “Reuters”

Dünya
19 июня 2026 30 просмотров
2 trilyon avroluq büdcə üzərində mübarizə başlayır

2 trilyon avroluq büdcə üzərində mübarizə başlayır

Dünya
19 июня 2026 30 просмотров
Regiondakı inkişafı gözü götürməyən İran başından böyük danışdı | Hədəf Ermənistandır - Baku TV

Regiondakı inkişafı gözü götürməyən İran başından böyük danışdı | Hədəf Ermənistandır - Baku TV

Dünya
19 июня 2026 30 просмотров
Pərdəarxasında gizlənən səbəblər: İsveçrə görüşü niyə ləğv edildi? - Baku TV

Pərdəarxasında gizlənən səbəblər: İsveçrə görüşü niyə ləğv edildi? - Baku TV

Dünya
19 июня 2026 30 просмотров
Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclasında nələr müzakirə edilib?

Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclasında nələr müzakirə edilib?

Dünya
19 июня 2026 30 просмотров
Moskva hücumları genişləndirir, Qərb isə Kiyevi silahlandırır

Moskva hücumları genişləndirir, Qərb isə Kiyevi silahlandırır

Dünya
19 июня 2026 30 просмотров
Maqadanda “Crazy Weekend” festivalı keçirilib

Maqadanda “Crazy Weekend” festivalı keçirilib

Dünya
19 июня 2026 30 просмотров
Kallas jurnalistin Türkiyə ilə bağlı təxribatçı sualına sərt cavab verdi

Kallas jurnalistin Türkiyə ilə bağlı təxribatçı sualına sərt cavab verdi

Dünya
19 июня 2026 30 просмотров
BMT Afrika qitəsi ilə bağlı həyəcan təbili çaldı

BMT Afrika qitəsi ilə bağlı həyəcan təbili çaldı

Dünya
19 июня 2026 30 просмотров
Əjdaha Qayıqları Bayramına hazırlıq görülür

Əjdaha Qayıqları Bayramına hazırlıq görülür

Dünya
19 июня 2026 30 просмотров
Выбранные
icon