Выбрать плеер:

Uşaqlar bu tarixdən sosial şəbəkələrə daxil ola bilməyəcək | Böyük Britaniya - Baku TV

17 июня 2026 19 просмотров

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsində 16 yaşından kiçik uşaqlar üçün sosial şəbəkələrin istifadəsinə tam qadağa qoyulacağını açıqlayıb.

"Mən uşaqlarımızın təhlükəsizliyi və xoşbəxtliyi məsələlərində güzəştə getməyə hazır deyiləm. Buna görə də bu qadağa baş tutmalıdır və tətbiq ediləcək", – deyə Starmer vurğulayıb.

Baş nazirin sözlərinə görə, sosial platformalar uşaqları bədbəxt edir, qısnamanı asanlaşdırır və asılılıq yaratmaq üçün hazırlanıb.

O həmçinin bildirib ki, hökumət müvafiq qanunu 2026-cı ilin Milad bayramına qədər qəbul etməyi planlaşdırır. Qadağanın özü isə 2027-ci ilin yazında qüvvəyə minəcək. Qadağa “Snapchat”, “TikTok”, “YouTube”, “X”, “Instagram” və “Facebook” platformalarına şamil olunacaq. Bununla belə, hökumətin bəyanatına əsasən, “WhatsApp” və “Signal” mesencerləri bu siyahıya daxil deyil.

Qadağadan əlavə, hökumət canlı yayımlar kimi zərərli funksiyaları bloklamaq niyyətindədir. Həmçinin 18 yaşından kiçik istifadəçilər üçün gecə komendant saatlarının tətbiqi və sonsuz sürüşdürmə üzrə məhdudiyyətlərin qoyulması imkanları da nəzərdən keçirilir. Baş nazir həmçinin yad şəxslərin uşaqlarla maneəsiz şəkildə əlaqə qurmasına imkan verən oyun servisləri və platformalarına qarşı da əlavə tədbirlərin görüləcəyini elan edib.

Скопировано
Ukraynaya görünməmiş dəstək | Rusiyaya qarşı vahid cəbhə yaradılır? - Baku TV

Ukraynaya görünməmiş dəstək | Rusiyaya qarşı vahid cəbhə yaradılır? - Baku TV

Dünya
17 июня 2026 19 просмотров
Epşteyn milyarder oğluna ədalətdən yayınmağa necə kömək edib?

Epşteyn milyarder oğluna ədalətdən yayınmağa necə kömək edib?

Dünya
17 июня 2026 19 просмотров
NATO-nun Baş katibi: “Hörmüz boğazının açılması böyük irəliləyiş olacaq”

NATO-nun Baş katibi: “Hörmüz boğazının açılması böyük irəliləyiş olacaq”

Dünya
17 июня 2026 19 просмотров
Ukrayna Rusiya ilə müharibədə təşəbbüsü ələ alıb | “Sky News”

Ukrayna Rusiya ilə müharibədə təşəbbüsü ələ alıb | “Sky News”

Dünya
17 июня 2026 19 просмотров
İran səhifəsi bağlanır, Ukrayna cəbhəsi ön plana çıxır? - AKTUAL GÜNDƏM

İran səhifəsi bağlanır, Ukrayna cəbhəsi ön plana çıxır? - AKTUAL GÜNDƏM

Dünya
17 июня 2026 19 просмотров
Paşinyan hakimiyyəti keçmiş prezidentə qarşı hərəkətə keçdi - Baku TV CANLI

Paşinyan hakimiyyəti keçmiş prezidentə qarşı hərəkətə keçdi - Baku TV CANLI

Dünya
17 июня 2026 19 просмотров
Molla rejiminin sonu yaxınlaşır? - "Dünyadan pul qoparır, öz xalqını öldürür" - Baku TV

Molla rejiminin sonu yaxınlaşır? - "Dünyadan pul qoparır, öz xalqını öldürür" - Baku TV

Dünya
17 июня 2026 19 просмотров
ABŞ və İran arasında əldə olunan razılaşma region üçün strateji addım kimi qiymətləndirildi

ABŞ və İran arasında əldə olunan razılaşma region üçün strateji addım kimi qiymətləndirildi

Dünya
17 июня 2026 19 просмотров
ABŞ və İran arasında münaqişənin nizamlanması üçün 14 bəndlik sənəd - Baku TV CANLI

ABŞ və İran arasında münaqişənin nizamlanması üçün 14 bəndlik sənəd - Baku TV CANLI

Dünya
17 июня 2026 19 просмотров
Abdullah İbrahim 91 yaşında vəfat etdi

Abdullah İbrahim 91 yaşında vəfat etdi

Dünya
17 июня 2026 19 просмотров
Выбранные
icon