Abdullah İbrahim 91 yaşında vəfat etdi
Cənubi Afrikanın əfsanəvi caz musiqiçisi, pianoçu və bəstəkarı Abdullah İbrahim iyunun 15-də 91 yaşında Almaniyanın Bavariya vilayətində vəfat etdi.
70 ildən çox davam edən karyerasında o, irqçiliyə qarşı mübarizənin mühüm mədəni səsini təmsil etmiş və "Cape Jazz" üslubunun dünyadakı səfiri kimi tanınmışdı.
İbrahim irqçiliyə meydan oxuyan bir musiqi yaradarkən Amerika cazını və Cənubi Afrika ritmini sintez etdi. 1934-cü ildə dünyaya göz açanda ona Adolf Yohannes Brand adı verilmişdi. Keyptaunda çətin bir mühitdə böyüyüyən kiçik Brandın atası o, dörd yaşında ikən baş verən davada öldürüldü. Beləcə, yetim qalan Brand kino zallarında piano ifa etməklə xalası oğlunun yanında böyüdü.
Adolf Yohannes Brand 1974-cü ildə adını Abdullah İbrahim olaraq dəyişdirdikdən sonra "Mannenberg - 'Is Where It's Happening" də daxil olmaqla bir çox albom yayımladı. İnsanların zorla köçürüldüyü Keyptaundakı qəsəbənin adını daşıyan bu mahnı zülmə qarşı dirnənişin simvolu və irqçilik əleyhinə mübarizənin himninə çevrildi.
Ömrünün çox hissəsini xaricdə keçirsə də, yurd həsrəti onun musiqilərinə ilham verir, albomlarının üz qabığına çevrilirdi. Abdullah İbrahimin əsərləri bir vaxtlar azadlıq ümidinin sesi olaraq görülürdüsə, indi – onun ölümündən sonra eyni melodiyalar irqçilik mübarizəsinin gerçəkləşməyən arzuları, puç olan ümidlərini xatırladır.
