Выбрать плеер:

Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın kimya zavoduna zərbələr endirib - Baku TV

14 июня 2026 58 просмотров

Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın Tula vilayətində yerləşən “Novomoskovsk Azot” kimya zavoduna zərbə endirib.

Bu barədə UNIAN Rusiya mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində müəssisənin ərazisində yanğın baş verib. Yerli sakinlər bir neçə partlayış səsi eşitdiklərini deyiblər. Tula vilayətinin qubernatoru faktı təsdiqləyib.

Vurğulanıb ki, “Novomoskovsk Azot” Rusiyanın ən iri kimya müəssisələrindən biridir. Zavod ammonyak, azot gübrələri, metanol, xlor, azot turşusu və digər kimyəvi məhsullar istehsal edir.

İlkin məlumata əsasən, hadisə nəticəsində ölən olmayıb, iki nəfər xəsarət alıb.

Qeyd edək ki, bu, “Novomoskovsk Azot” zavoduna edilən ilk hücum deyil. Daha əvvəl də müəssisənin dron hücumlarına məruz qaldığı və fəaliyyətinin müvəqqəti dayandırıldığı diqqətə çatdırılıb.

Bundan başqa, Rusiyanın Hava Hücumundan Müdafiə sistemləri Moskvaya doğru uçan dörd pilotsuz uçuş aparatının hücumunun qarşısını alıb.

Moskva meri Sergey Sobyaninin sözlərinə görə, Hava Hücumundan Müdafiə qüvvələri paytaxta istiqamətlənən dörd PUA-nı məhv edib. Hadisə ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Скопировано
ABŞ MKİ-nin direktoru İranın nüvə sazişinə əməl edəcəyinə şübhə edir

ABŞ MKİ-nin direktoru İranın nüvə sazişinə əməl edəcəyinə şübhə edir

Dünya
16 июня 2026 58 просмотров
Rusiyada bombardmançı təyyarənin qəzaya uğradığı anlar

Rusiyada bombardmançı təyyarənin qəzaya uğradığı anlar

Dünya
16 июня 2026 58 просмотров
"İranın nüvə silahı olmayacaq" | Netanyahudan İrana nüvə xəbərdarlığı - Baku TV

"İranın nüvə silahı olmayacaq" | Netanyahudan İrana nüvə xəbərdarlığı - Baku TV

Dünya
16 июня 2026 58 просмотров
Memorandum tam icra olunarsa, regionda yeni şərait yaranacaq

Memorandum tam icra olunarsa, regionda yeni şərait yaranacaq

Dünya
16 июня 2026 58 просмотров
Vaşinqton Tehrana qarşı sanksiyaları azaldacaq?

Vaşinqton Tehrana qarşı sanksiyaları azaldacaq?

Dünya
16 июня 2026 58 просмотров
“Kiyev danışıqlar prosesinin başlamasına razılıq verib”

“Kiyev danışıqlar prosesinin başlamasına razılıq verib”

Dünya
16 июня 2026 58 просмотров
Pentaqon sənədləri məxfilikdən çıxarmağa davam edib

Pentaqon sənədləri məxfilikdən çıxarmağa davam edib

Dünya
16 июня 2026 58 просмотров
Türkiyə Prezidenti ABŞ-İran danışıqlarına toxunub

Türkiyə Prezidenti ABŞ-İran danışıqlarına toxunub

Dünya
16 июня 2026 58 просмотров
Qızılı parça 2 min il idi ki, yoxa çıxmışdı

Qızılı parça 2 min il idi ki, yoxa çıxmışdı

Dünya
16 июня 2026 58 просмотров
Livanın suverenliyinə müdaxiləyə icazə verilməyəcək

Livanın suverenliyinə müdaxiləyə icazə verilməyəcək

Dünya
16 июня 2026 58 просмотров
Выбранные
icon