Выбрать плеер:

ABŞ və İsraillə hərbi gərginlik İrana baha başa gələcək? - Baku TV

06 марта 2026 38 просмотров

Hər saat İranın daha çox raketini və dron imkanlarını məhv edirik. Raketi buraxan kimi dörd dəqiqə ərzində buraxılış qurğusu vurulur. Nə baş verdiyini belə anlamırlar. Onların Hərbi Dəniz Qüvvələri yoxa çıxıb. Üç gündə 24 gəmi. Bu, xeyli say deməkdir. Onların zenit silahları yoxa çıxıb, ona görə də Hərbi Hava Qüvvələri yoxdur. Onların hava hücumundan müdafiəsi yoxdur. Bütün təyyarələri yoxa çıxıb, rabitələri məhv olub.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

Gizli deyil ki, İran enerji resursları, hərbi potensialı və nüvə texnologiyaları ilə geosiyasi güc aktoru kimi çıxış edir. Lakin ABŞ-İran müharibəsi Tehranın hərbi güc potensialı haqqında artıq suallar yaratmağa başlayıb. Müharibənin ilk günlərində raket və dron potensialından yüksək səviyyədə istifadə edən rəsmi Tehran artıq tempini yumşaldıb. Bu isə ağıllara İranın silah imkanlarının məhdudlaşması ilə bağlı sualları gətirir. Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın bu istiqamətdə açıqlamaları da İranın tükəndiyinə dair versiyaları gücləndirir.

Siyasi elmlər doktoru Hikmət Babaoğlu Baku TV-yə verdiyi açıqlamasında bildirib ki, bir neçə ay əvvəl baş verən 12 günlük müharibə zamanı İran bu gün istifadə etmədiyi silahlardan və raket atan sistemlərdən istifadə edib:

“Bu, İranın müharibəyə hazırlaşdığını göstərir. Lakin 6 ay ərzində bu cür müharibəyə necə hazırlıq görülə bilər? Bu müddət ərzində bazanı nə qədər genişləndirmək olar? Buna görə də hazırlıq məhduddur. Üstəlik, atılan raketlərin hədəfini tapmadan vurulması məsələsi var. Bu o deməkdir ki, dəqiqlik çox aşağıdır. İranın atdığı raketlərin 80 %-i hədəfə çatmamış başqa ölkələrin ərazilərində vurulur, 20 %-nin isə hədəfə dəymədiyi müşahidə edilib”.

Скопировано
Peruda daşqın dəhşətli anlara səbəb oldu

Peruda daşqın dəhşətli anlara səbəb oldu

Dünya
07 марта 2026 38 просмотров
ABŞ İranda rejim dəyişikliyi istəyir? | Rubiodan açıqlama - BAKU TV CANLI

ABŞ İranda rejim dəyişikliyi istəyir? | Rubiodan açıqlama - BAKU TV CANLI

Dünya
07 марта 2026 38 просмотров
ABŞ İrana qarşı uzun müharibəyə hazırlaşır? | BMT-nin müharibəyə reaksiyası - Baku TV

ABŞ İrana qarşı uzun müharibəyə hazırlaşır? | BMT-nin müharibəyə reaksiyası - Baku TV

Dünya
07 марта 2026 38 просмотров
Taksidə pəncərəni icazəsiz açmaq qadağandır? - "Maşın onundur, necə istəsə, elə də edər!" - Baku TV

Taksidə pəncərəni icazəsiz açmaq qadağandır? - "Maşın onundur, necə istəsə, elə də edər!" - Baku TV

Dünya
07 марта 2026 38 просмотров
İran və İsraildən qarşılıqlı hücumlar | Yaxın Şərqdə vəziyyət son dərəcə şiddətləndi - Baku TV

İran və İsraildən qarşılıqlı hücumlar | Yaxın Şərqdə vəziyyət son dərəcə şiddətləndi - Baku TV

Dünya
07 марта 2026 38 просмотров
Tramp Tehrandan qeyd-şərtsiz kapitulyasiya tələb edib

Tramp Tehrandan qeyd-şərtsiz kapitulyasiya tələb edib

Dünya
06 марта 2026 38 просмотров
İsraildən növbəti dəhşətli hava hücumundan anbaan video - Baku TV

İsraildən növbəti dəhşətli hava hücumundan anbaan video - Baku TV

Dünya
06 марта 2026 38 просмотров
Trampdan İranla bağlı qalmaqallı açıqlama - ANA XƏBƏR

Trampdan İranla bağlı qalmaqallı açıqlama - ANA XƏBƏR

Dünya
06 марта 2026 38 просмотров
İsrail Ordusu Xameneinin bunkerinin məhv edildiyini elan edib - Baku TV

İsrail Ordusu Xameneinin bunkerinin məhv edildiyini elan edib - Baku TV

Dünya
06 марта 2026 38 просмотров
SEPAH Hörmüz boğazında neft tankerinə zərbə endirdi

SEPAH Hörmüz boğazında neft tankerinə zərbə endirdi

Dünya
06 марта 2026 38 просмотров
Выбранные
icon