NATO İrana qarşı döyüşəcək? | Türkiyə və Yunanıstana hücuma necə cavab veriləcək? - Baku TV
Baş verən hadisədə olduğu kimi, NATO müttəfiqlərimizlə sıx məsləhətləşmələr apararaq hər cür tədbir görürük və dərhal lazımi müdaxiləni edirik. Oxşar hadisələrin bir daha baş verməməsi üçün ən aydın şəkildə xəbərdarlıq edirik.
Rəcəb Tayyib Ərdoğanın bu fikirləri Türkiyəyə doğru istiqamətlənən və NATO Hava Hücumundan Müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən İran raketindən sonra verilən reaksiya idi.
Bundan bir neçə gün əvvəl isə Yunanıstan Kiprindəki Britaniya hərbi hava bazasına pilotsuz təyyarə hücumunun olduğu bildirildi. Ona görə də Fransa və Böyük Britaniya Aralıq dənizi bölgəsinə hərbi gəmilərini göndərdi.
“Qeyri-sabit vəziyyət və qarşıdakı günlərin qeyri-müəyyənliyi ilə qarşılaşırıq. Mən “Şarl de Qoll” təyyarədaşıyan gəmisinin, onun hava aktivlərinin və freqat müşayiət gəmisinin Aralıq dənizinə göndərilməsini əmr etdim”, – bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.
Nəzərə alsaq ki, Türkiyə və Yunanıstan NATO üzvüdür və hər ikisi İranın raket və ya dron təhlükəsi ilə üzləşib, deməli, hərbi Alyans İrana qarşı tədbirləri nəzərdən keçirəcək. Çünki NATO-nun 5-ci maddəsinə əsasən, üzv ölkələrdən hansısa biri hücuma məruz qalarsa, buna kollektiv cavab verilməlidir.
“Bu, ABŞ və İsrail tərəfindən idarə olunan bir kampaniyadır. Amma Türkiyədəki İspaniya “Patriot” sisteminə giriş, logistika məsələsinə gəldikdə bunların hamısı NATO-nun kollektivliyinə nümunələrdir. Mən Avropada geniş dəstək hiss edirəm. Bir çox liderlərlə telefonda danışdım və aydın oldu ki, İranın nüvə potensialının, ballistik raket potensialının məhv edilməsi NATO-dakı bir çox həmkarlarım tərəfindən alqışlanır”, – NATO-nun Baş katibi Mark Rutte qeyd edib.
Polşanın xarici işlər naziri Radoslav Sikorski isə bildirib ki, İran müharibəni ona hücum etməyən ölkələrə, NATO ölkəsinə və Avropa İttifaqı ölkəsinə doğru genişləndirir:
“Məşhur bir deyim var: Bu, cinayətdən daha pisdir və səhvdir”.
Bəli, nəzərə alsaq ki, Avropa İttifaqının bir neçə üzvü həm də NATO-da bir yerdədirlər, deməli, İrana qarşı mövqeləri birdir. Lakin bu birlikdə nisbətən fərqli mövqe tutan İspaniya da var.
“İspaniya Avropa İttifaqının, NATO-nun və beynəlxalq birliyin tamhüquqlu üzvüdür. Bu böhran bizə, avropalılara və nəticə etibarilə, ispanlara da təsir edir. Ona görə də ABŞ, İran və İsraildən tələb etməliyik ki, çox gec olmadan dayansınlar”, – deyə İspaniyanın Baş naziri Pedro Sançes vurğulayıb.
Pedro Sançeslə Donald Tramp arasında NATO-ya pul ayrılması, İspaniyadakı hərbi bazadan ABŞ-nin istifadə məsələsi ilə bağlı gərginliklər var. Bu baxımdan Madrid bir qədər fərqli mövqedədir. Lakin düşüncə digərlərinə də təsir edə bilər.
NATO-nun Baş katibi Mark Rutte bildirib ki, Alyans İrana qarşı kollektiv müdafiə ilə bağlı 5-ci maddənin mümkün tətbiqinə hazırlıq görüb.
Тег #Türkiyə используется
- İranın PUA ilə vurduğu Naxçıvan hava limanında son vəziyyət | Əməkdaşımızdan açıqlamalar - Baku TV
- Türkiyə Prezidenti Azərbaycana dəstəyini ifadə etdi - Baku TV
- "İran Azərbaycana meydan oxumaq istəyirdi, amma..." | Molla rejimi özünü ifşa etdi - Baku TV
- "İran rejimi həddini aşarsa..." | Cənubi azərbaycanlılar nə kimi addım ata bilər? - Baku TV
- İrandan Türkiyəyə balistik raket atılıb | Ankaradan Tehrana xəbərdarlıq - Baku TV
