“Mən bu təyinatda iştirak etməliyəm” | Donald Tramp
“İranın növbəti ali liderinin seçilməsində şəxsən iştirak etməliyəm”.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp İranın ali liderinin seçimləri ilə bağlı “Axios”a müsahibəsində deyib.
Tramp İranın öldürülmüş ali lideri Əli Xameneinin oğlu Müctəba Xameneinin ən çox ehtimal olunan varis olduğunu etiraf edib, lakin belə bir nəticənin qəbuledilməz olduğunu bildirib:
“Onlar vaxtlarını boşa sərf edirlər. Xameneinin oğlu yüngül çəkilidir. Mən bu təyinatda iştirak etməliyəm”.
O əlavə edib ki, Xameneinin siyasətini davam etdirəcək yeni İran liderini qəbul etməyəcək, çünki bu, ABŞ-ni 5 ildən sonra müharibəyə qayıtmağa məcbur edəcək:
“Xameneinin oğlu mənim üçün qəbuledilməzdir. Biz İrana harmoniya və sülh gətirəcək birini istəyirik”.
Qeyd edək ki, Müctəba Xameneinin yeni ali lider seçildiyi haqda məlumat yayılmışdı. Lakin İran rəsmi mediası seçkilərin davam etdiyini və hələ ali liderin seçilmədiyini açıqladı.
Тег #İran используется
- Azərbaycana tam dəstək | İranın Naxçıvana hücumu qınanıldı - Baku TV
- İrandan təxliyə davam edir | İndiyə qədər sərhədi neçə nəfər keçib? - Baku TV
- İranın hücumundan sonra Azərbaycana dəstək nümayişi - Baku TV
- NATO İrana qarşı döyüşəcək? | Türkiyə və Yunanıstana hücuma necə cavab veriləcək? - Baku TV
- Azərbaycana xəyanət edən İran qonşuluğu da heçə saydı - AKTUAL GÜNDƏM XÜSUSİ BURAXILIŞ
