Almaniya Kansleri ilk dəfə İsrailə gedib
Almaniya Kansleri Fridrix Merts ilk dəfə İsrailə rəsmi səfər edib.
Onu Ben-Qurion Hava Limanında İsrailin xarici işlər naziri Qideon Saar qarşılayıb.
"Mertsi İsrailə kansler qismində ilk səfəri zamanı salamlamaqdan məmnun oldum. İki ölkə arasındakı əlaqələr pozitiv istiqamətdə inkişaf edir", – deyə Saarın ofisinin yaydığı açıqlamada bildirilir.
İsrailin xarici işlər naziri Almaniyanın ölkəsinə göstərdiyi dəstəyi, xüsusilə də ötən ay qəbul edilən və avqustda tətbiq olunmuş silah embarqosunun qismən ləğvi barədə qərarı yüksək qiymətləndirib.
"Almaniya bizim dəyərli dostumuz və tərəfdaşımızdır. Əminəm ki, Kanslerin səfəri ölkələrimiz arasındakı xüsusi münasibətlərin möhkəmlənməsinə xidmət edəcək", – deyə Qideon Saar bəyan edib.
İkigünlük səfər çərçivəsində Merts İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək. Tərəflər Qəzza sektorunda atəşkəs və digər regional məsələləri müzakirə edəcəklər.
