Ankarada generalın olduğu təyyarə qəzaya uğradı | Təyyarənin qalıqları tapılıb - Baku TV
Liviyanın Milli Birlik Hökumətinin Baş naziri Abdel Hamid Dbeyba Türkiyədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddadın və onu müşayiət edən hərbi nümayəndə heyətinin üzvlərinin təyyarə qəzasında vəfat etdiyini təsdiqləyib.
Bu barədə Baş nazirin yaydığı bəyanatda vurğulanıb.
Onun sözlərinə görə, ölkənin Baş Qərargah rəisi Məhəmməd əl-Həddad, onun müşaviri, Quru Qoşunlarının Qərargah rəisi və Hərbi İstehsalat İdarəsinin direktoru Ankaraya rəsmi səfərdən qayıdarkən baş verən faciəli qəzada həlak olublar.
Qeyd edək ki, dekabrın 23-də Ankara-Tripoli reysi ilə uçan təyyarə qəzaya uğrayıb. Təyyarədə Liviyanın Baş Qərargah rəisi ilə birlikdə 5 nəfər olub.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, Ankaradakı Esenboğa Hava Limanından Tripoliyə uçan təyyarənin qalıqları jandarma bölmələri tərəfindən Haymana rayonunun Kesikkavak kəndindən 2 km cənubda tapılıb.
