Dünya
Выбрать плеер:

Azərbaycanlı polis Dağıstanda öz canını belə fəda edib | Məni onsuz da...

25 июня 2024

Mahaçqala və Dərbənddə törədilən terror aktları nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb, 51 nəfər yaralanıb.

“RİA Novosti“ ölən polislərin sayının 16-ya çatdığını bildirib. Belə ki, yol polisi alayının 24 yaşlı inspektoru serjant, milliyyətcə azərbaycanlı olduğu bildirilən Həbib Əliyev aldığı yaralardan dünyasını dəyişib.

Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Qayana Qariyevanın sözlərinə görə, terror aktı zamanı yerli sakinlərdən biri Həbib Əliyevə evinin qapısını açıb və orada gizlənməyi təklif edib. Lakin polis dinc vətəndaşa silahlıların hücum edə biləcəyini nəzərə alaraq, təklifi qəbul etməyib.

Polisin son sözləri belə olub: “Onsuz da məni öldürəcəklər, amma sən evə gir, sus və gizlən!”

Mülki sakinlər arasında 5 nəfər ölüb, daha 5 nəfərin şəxsiyyəti hələ müəyyən edilməyib. Həkimlər son dərəcə ağır vəziyyətdə olanların həyatı üçün mübarizə aparırlar. 13 yaralı isə ağır vəziyyətdədir.

Qeyd edək ki, 23 iyunda Dərbənd və Mahaçqalada silahlı yaraqlılar iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum edib, terror aktları ilə bağlı cinayət işi açılıb. Bir keşiş də daxil olmaqla, hüquq-mühafizə orqanlarının əməkdaşları və mülki şəxslər həlak olub. Təhlükəsizlik qüvvələri beş yaraqlını öldürüb. Terrorçuların arasında Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərovun iki oğlu və bir qardaşı oğlu da olub.

M.Ömərov terror aktı baş verən gün dərhal saxlanılıb.

Скопировано
Öz sərgisinə yataqda qatılan Frida Kalonun inanılmaz həyat hekayəsi | ARAŞDIRMA

Öz sərgisinə yataqda qatılan Frida Kalonun inanılmaz həyat hekayəsi | ARAŞDIRMA

Dünya
28 сентября 2024
Gürcüstandakı seçki kampaniyası Ukraynada sərt etirazla qarşılandı

Gürcüstandakı seçki kampaniyası Ukraynada sərt etirazla qarşılandı

Dünya
28 сентября 2024
Həsən Nəsrullahın ölümü ilə bağlı təcili açıqlama | İsrailin raket hücumları...

Həsən Nəsrullahın ölümü ilə bağlı təcili açıqlama | İsrailin raket hücumları...

Dünya
28 сентября 2024
İran və Ermənistanın Araz çayı barədə məqsədi | İkinci körpü tikilir, yoxsa...?

İran və Ermənistanın Araz çayı barədə məqsədi | İkinci körpü tikilir, yoxsa...?

Dünya
28 сентября 2024
Yaxın Şərqi silkələyən hücum | Öldüyü deyilən Həsən Nəsrullahla bağlı yeni məlumatlar

Yaxın Şərqi silkələyən hücum | Öldüyü deyilən Həsən Nəsrullahla bağlı yeni məlumatlar

Dünya
28 сентября 2024
İsrail Ordusundan təcili məlumat | ”Hizbullah” lideri qətlə yetirildi, indi isə...

İsrail Ordusundan təcili məlumat | ”Hizbullah” lideri qətlə yetirildi, indi isə...

Dünya
28 сентября 2024
Region ölkələri risk altında | Gürcüstan antiterror əməliyyatlarına başlayacaq?

Region ölkələri risk altında | Gürcüstan antiterror əməliyyatlarına başlayacaq?

Dünya
28 сентября 2024
Ukrayna Ordusu daha da güclənir | Rusiya nüvə silahını nə vaxt işə salacaq?

Ukrayna Ordusu daha da güclənir | Rusiya nüvə silahını nə vaxt işə salacaq?

Dünya
28 сентября 2024
Rusiya-Ukrayna müharibəsi on illərlə davam edə bilər? - Vuçiçdən açıqlama

Rusiya-Ukrayna müharibəsi on illərlə davam edə bilər? - Vuçiçdən açıqlama

Dünya
28 сентября 2024
Partlayışda ölənlərin sayı artdı | Mahaçqaladan dəhşətə gətiən görüntülər

Partlayışda ölənlərin sayı artdı | Mahaçqaladan dəhşətə gətiən görüntülər

Dünya
28 сентября 2024
Выбранные
icon