BMT baş katibinin sözçüsündən Hörmüzlə bağlı önəmli açıqlama
"Hörmüz boğazı ilə bağlı məsələ çox ciddi və risklər yüksəkdir".
Bunu BMT baş katibinin sözçüsü Stefan Düjarrik BMT-nin Hörmüz boğazı ilə bağlı mümkün təşəbbüsü barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.
Stefan Düjarrik qeyd edib ki, mətbuatda BMT-nin Hörmüz boğazı ətrafında rəhbərlik edə biləcəyi təşəbbüslə bağlı müxtəlif ehtimallar səsləndirilir. O bildirib ki, belə hallarda ehtiyatlı yanaşma vacibdir.
Stefan Düjarrikin sözlərinə görə, BMT-nin baş katibi Antonio Quterreş yüksəksəviyyəli rəsmilərlə müntəzəm əlaqə saxlayır.
O vurğulayıb ki, təşkilat fəaliyyətini diplomatik kanallar vasitəsilə davam etdirəcək.
Bu arada, Yunanıstan Hörmüz boğazında mümkün hərbi əməliyyatlarda iştirak etməyəcək. Bu barədə ölkə hökumətinin sözçüsü Pavlos Marinakis açıqlama verib.
Onun sözlərinə görə, Yunanıstanın Hörmüz boğazında hər hansı hərbi əməliyyata qoşulması məsələsi gündəmdə deyil.
Hökumət nümayəndəsi ABŞ tərəfindən mümkün təzyiqlər fonunda Yunanıstanın bölgəyə hərbi gəmilər göndərə biləcəyi barədə yayılan məlumatlara da münasibət bildirib.
Pavlos Marinakis vurğulayıb ki, Afina yalnız Avropa İttifaqının Qırmızı dənizdə həyata keçirdiyi Aspides missiyasında iştirak edir. Bu missiya çərçivəsində Yunanıstan və İtaliya regionda gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına töhfə verir.
Hökumət sözçüsü qeyd edib ki, sözügedən missiyanın aydın müəyyən edilmiş coğrafi sərhədləri var və o, Hörmüz boğazını əhatə etmir. "Biz heç bir halda İranla müharibəyə müdaxilə etmək niyyətində deyilik", – deyə hökumət rəsmisi bildirib.
Тег #BMT используется
- WUF13 çərçivəsində "Təmiz Şəhər"ə mediatur təşkil olundu
- WUF13 ilə əlaqədar hazırlıq işləri sürətlə davam edir - Baku TV
- BMT baş katibi İrana hücumları qınayıb | "Beynəlxalq humanitar hüquqa əməl olunmalıdır" - Baku TV
- Leyla Əliyeva Tatyana Valovaya ilə görüşdü | Xəzərin ekoloji vəziyyəti müzakirə olunub - Baku TV
- “Sülh Şurası”na üzvlərin seçilməsinin məntiqi izahı yoxdur” | Siyasi şərhçi
